“Oynamayan komandanın baş məşqçisinin başını sığallamağa ehtiyac yoxdur”

24.12.2012 | 3346 dəfə oxunub

QəbələRamiz Məmmədova əmanət olunandan sonra komandada olan yüksəliş göz qabağındadır. Məhz Məmmədovun gəlişindən sonraQəbələdaha iddialı olmağa başladı böyük ehtimalla, komandaaltılıqda qalacaq. Baxmayaraq ki, hələ ilk “altılıqoyunlarına 4 tur qalıb. Komandalar fasiləyə yollandığından, Ramiz Məmmədovla əlaqə saxlayıb komandasının hazırkı durumu baş verəcək dəyişikliklər barədə suallarımıza cavab aldıq.

Ramiz müəllim, çox güman ki, “Qəbələ” ilk “altılıqdakı yerini qoruyacaq. Siz necə düşünürsüz?

Biz hələ bunu etməmişik, sadəcə namizədik.

Bu mənada düşərgədəki ab-hava necədir?

Udan komandada ab-hava həmişə yaxşı olur. Uduzanda isə hər şey pis olur.

Bəs ilk “altılıqşanslarınızı necə qiymətləndirirsiz?

- Belə baxanda normaldır. İnşallah, biz bunun üçün çalışırıq. Əsas məqsədimiz əvvəl ilk “altılıqdakı yerimizi möhkəmləndirmək, sonrada avrokuboklara vəsiqə uğrunda mübarizə aparmaqdı

- Azərbaycan klublarında belə biradətvar ki, komanda uduzandan sonra rəhbərlik həmişə futbolçulara təzyiq edir, amma bildiyim qədərQəbələrəhbərliyində belə hal yoxdur.

Klub rəhbərliyi həmişə futbolçularından istədiyini tələb etməlidir. Bizim klubun rəhbərliyi futbolu yaxşı bilir anlayırlar ki, komanda futbol oynayaraq uduzur. Oynamayan komandanın baş məşqçisinin başını sığallamağa ehtiyac yoxdur. Biz kişi kimi futbol oynayırıq bütün Azərbaycan da görür ki, hücum futbolu göstəririk. Mən həmişə hücum futboluna üstünlük vermişəm. Biz təsadüf nəticəsində uduzuruqBizim komandada belə basqı yoxdur. Rəhbərlik futbolu yaxşı başa düşdüyü üçün  görürlər ki, uduzduğumuz oyunlar da hesab oyuna görə olmayıb. “Turanla oyun ən azı 5:0 xeyrimizə olmalıydı, “Bakı ən aşağısı 3 ya 4:0 hesabıyla udmalıydıq. “Simurqla qarşılaşma da göz qabağında olub ən aşağısı 3:1, 4:1 bu matçı qazanmalıydıq. Başqa klublara gəldikdə isə, rəhbərlik baş məşqçiyə inanaraq onu bu vəzifəyə gətirirRəhbərlik son ana qədər baş məşqçinin işinə müdaxilə etməməlidir. Mənə elə gəlir ki, heç bir sıxma-boğma ilə uğur qazanmaq olmaz. Sadəcə olaraq məğlub olanda da rəhbərlik məşqçi futbolçuların tərəfini saxlayaraq komandanı növbəti oyuna ruhlandırmalı, nəticə qazanmalıdır.

Bayaq özünüz dediz ki, uduzduğunuz oyunlarda rəqiblərdən daha üstün çıxış etmisiz. Üstünlük sizdə olsada, futbolçular son nöqtəni qoya bilmir...

- Mən daha əvvəl demişəm, elə bil ki, qol vura bilməmək epidemiyası komandada baş alıb gedir.

- Bəs bu ilə bağlıdır?

- Bunu siz qiymətləndirsəz yaxşı olar. Mən bu komandanın baş məşqçisiyəm, klubun sirlərini çölə çıxarda bilmərəm

- Deməli, hücumçuların işi sizi razı salmır...

Qol vurmayan hücumçuların işi komandanın baş məşqçisini razı salırsa, onda biz orada niyə işləyirik ki? Əlbəttə ki, onların gördüyü məni razı salmır. Bir oyunda ən aşağısı 7-10 arası mütləq qol vəziyyəti olursa hücumçu da bundan yararlana bilmirsə, onun işi məni razı sala bilməz. Əgər hansısa bir futbolçumuz bunlardan yararlana bilsəydi, indi bombardir Kanales yox, bizim futbolçumuz idi.

- Onda gözləmək olar ki, fasilədə komandanıza yeni hücumçular cəlb olunsun?

Biraz səbirli olun, hamısını görəcəksiz. Gəlin zamanı qabaqlamayaq. Klubun prezidenti Tale müəllimlə görüşümüzdən sonra məlum olacaq ki, kimlər komandadan gedəcək, kimlər qalacaq.

Bəs bu görüş vaxta nəzərdə tutulub?

Yeni ilə qədər rəhbərliklə görüşümüz olacaq. Görüşümüzdən sonra da bu barədə lazımi məlumatları mətbuata verəcəyik

"Het-trik news" qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail