Ramal Hüseynov: “Neftçi”də rəhbərliklə futbolçular “torba”mı tikdilər” Müsahibə
“İBRAHİMOVİÇİ 800 MİNƏ SATANLARDAN, MƏNƏ GÖRƏ 1 MİLYONDAN ÇOX PUL İSTƏDİLƏR”
Ramal Hüseynov bir vaxtlar ölkənin ən aparıcı futbolçularından biri idi. Daim iddialı klubların – “Qarabağ”, “Bakı”, “Neftçi”nin heyətində çıxış edən Ramal hazırda birinci divizionda oynayır. Halbuki Hüseynov əvvəllər daim diqqət mərkəzində olub. Hətta Türkiyədə legioner həyatı da yaşayıb. Bir neçə gün əvvəl Hüseynovun 28 yaşı tamam oldu. Ramalla görüşüb, hazırkı, keçmiş və gələcək karyerası haqda ətraflı söhbət etdik.
– Ramal ad günün mübarək olsun.
– Çox sağ ol, təşəkkür edirəm.
– Neçə yaşın oldu?
– 28.
– Sənəddə 28 oldu, bəs həqiqətdə?
– Elə 28.
– Yəni “lipa” deyilsən?
– Yox.
– Amma hamı deyir, Ramal “lipa”dı...
– Boş söhbətlərdi.
– Yaxşı, onda bu boş söhbətlər hardan qaynaqlanır?
– Güclü olanın həmişə arxasınca danışırlar. Amma üzbəüz gələndə susurlar.
– Orası elədi. “Qaradağ Lökbatan”da işlərin necə gedir?
– Şükür Allaha, hər şey yaxşıdı.
– Səncə, bu il komanda yeniden çempion ola biləcək?
– Məqsədimiz də elə budu. Çalışırıq ki, komanda ardıcıl ikinci il çempion olub, yüksək liqaya vəsiqə qazansın. İnşallah, istəyimizə də çatacağıq.
– Komandada şərait necədi?
– Hər şey yüksək səviyyədədi. Rəhbərlik uğur qazanmağımız
üçün hər cür şərait yaradıb.
– Uzun illər yüksək liqada oynamısan. İndi birinci diviziondasan. Çempionatlar arasında fərq çox böyükdü?
– Yüksək liqada oynamaq çətindi. O baxımdan ki, yaxşı oynamaq üçün futbolçudan güc tələb olunur. Təbii ki, səviyyə baxımından Premyer Liqa çox üstündür. Amma indiki komandamın
da səviyyəsi yüksəkdi. Yəni “Qaradağ Lökbatan” elə səviyyədədir ki, adam heç birinci divizionda oynadığını hiss etmir.
– Azərbaycan futbolunda xoşagəlməz
və artıq ənənəyə çevrilən bir məqam var. Belə ki, komanda yüksək liqaya vəsiqə qazandıqdan sonra birinci divizionda komanda üçün can qoyanları heyətdən göndərirlər. Həmin futbolçuların xidmətindən
artıq Premyer Liqada istifadə olunmur. Onların əvəzinə ya yerli, ya da legioner futbolçular dəvət olunur. Bu cür hala əvvəlki mövsümlərdə
dəfələrlə şahidlik etmişik. Eyni aqibəti yaşamaqdan
qorxmursan?
– Yox, qorxmuram. Çünki məndən güclüsünü hardan tapacaqlar? Elə ən güclüsü özüməm də (gülür). Guya hansı legioner indiyə kimi məndən güclü olub ki?
– Daim iddialı klublarda oynamısan. İndi birinci diviziondasan. Bu məqam sənə pis təsir etmir?
– Nə deyim vallah? Hər kəsin öz qisməti var. İndiki məqamda birinci divizionda
oynamağım mənə pis təsir etmir. Bugünə də şükür. İndi yaxşı klubdayam, yaxşı insanlarla birgə çalışıram. Gələn il də inşallah Premyer Liqada oynayarıq. İnanıram ki, bu klubda da uğur qazanacağam.
– Təbii ki, birinci divizionda oynamaq ayıb deyil. Amma bir vaxtlar bütün klubların arxasınca düşdüyü Ramal Hüseynova nəyə görə indi böyük komandaların ehtiyacı yoxdu?
– Ona görə ki, mən haqqı sevənəm. Haqqı heç vaxt nahağa verməmişəm. Bunu da hamı bilir. Elə bu cəhətimə görə də əksər hallarda kənarda qalmışam. Bir çox yerlərdə düzgün insana yer yoxdu. Amma mən bunu özüm üçün problemə çevirmirəm. Allah özü hər şeyi görür. Birinci divizionda oynasam da, alnım açıqdı. Hamı da bilir ki, Ramal güclüdü. İnanıram ki, bundan sonra güclü olduğumu sübuta yetirəcəyəm. Elələri var ki, kiminsə hesabına futbol oynayır. Bəzi yaltaq futbolçular da var. Elələri indi də yaxşı komandalarda oynayırlar. Amma mən, yenə deyirəm, haqsızlığı heç vaxt götürməmişəm.
– Ümumiyyətlə, bir çox komandalarda
oynamısan. Sənin üçün ən yaxşı dövrün hansı olub?
– Düzü, mənim üçün hamısı yaxşı olub. “Turan”da Tahir müəlim, “Bakı”da Hafiz müəllim, “Qarabağ”da Tahir Gözəl xətrimi çox istəyib. “Neftçi” rəhbərliyi ilə də münasibətim yaxşı olub. Buna görə də oynadığım klubların hansısa birini fərqləndirməyim qeyri-mümkündü.
– Yaxşı, bəs, onda nəyə görə tez-tez klub dəyişmisən? Karyerana baxanda görürük ki, bir yerdə uzun müddət duruş gətirməmisən.
– Bu haqda çox danışmaq istəmirəm. Amma qısaca onu deyə bilərəm ki, bir klubda uzun müddət qala bilməməyimin
günahkarı təkcə mən deyiləm.
– Hesab edirəm ki, sən ən yaxşı dövrüvü “Bakı”da keçirmisən və o klubu “Neftçi”yə dəyişməklə
səhv etdin. Sənin karyeran da məhz “Neftçi”də məhv oldu.
– Razıyam.
– Razısansa, bəs onda “Bakı”nı niyə “Neftçi”yə dəyişdin?
– Belə deyək də, bütün futbolçuların həmişə arzusu olub ki, “Neftçi”nin formasını geyinsin. Mən də bu səbəbdən “Neftçi”yə keçdim.
– Deyirlər, axı oratada pul söhbəti olub?
– Boş söhbətdi, dedi-qodular həmişə olub, olacaq da.
– Bəs ev söhbəti?
– Nə ev?
– Deyilənə görə, “Bakı” rəhbərliyi
sənə ev söz verib, amma sonradan fikirlərindən daşınıblar. Sən də buna görə komandanı tərk etmisən?
– Bunu kim deyir?
– Belə deyək də, etibarlı mənbədən eşitmişik.
– Yox, yalan söhbətdi. “Bakı” mənim futbolda evim olub. Bu klubda hər zaman çox rahat olmuşam, hər şey ürəyimcə olub. Nə də lazım gəlib, klub rəhbərliyi edib. Həmişə nə istəmişəmsə, Hafiz müəllim, Zeynal müəllim istəklərimi
geri çevirməyiblər. Sizin vasitənizlə bir daha onlara təşəkkürümü
bildirirəm. Onlar Azərbaycan futbolu adına çox iş görüblər və görməyə də davam edirlər. Bugünkü gündə də “Bakı” rəhbərliyi
ilə əla münasibətim
var.
– Deyirsən ki, ev söhbəti yalandı?
– Hə, yalandı.
– Yəni klub rəhbərliyi
ilə aranızda heç bir narazılıq olmayıb?
– Olmağına olub, amma bunun nə pulla, nə də evlə heç bir əlaqəsi yoxdu.
– Bəs, problem nədə idi?
– Bilirsən, problem haqda uzun danışmaq istəmirəm. Olan olub, keçən keçib. Həmin söhbətin üstündən artıq xeyli vaxt ötüb. Aramızda problem də yox idi. Sadəcə olaraq, müəyyən səbəbə görə mən onları bir qədər gözləməli idim. Amma gözləyə bilmədim və “Neftçi”yə keçdim. Bir sözlə, problem nə onlarda idi, nə də məndə.
– Etiraf et ki, “Neftçi”dəki karyeran pis alındı.
– Əlbəttə, bunu özüm də bilirəm. Amma bunun da bir sıra səbəbləri oldu.
– Hansı səbəblər?
– Birincisi, məni ora Petrjela dəvət etmişdi. Söhbətimiz də belə olmuşdu ki, mən əsas heyətdə oynayacağam. Yəni oyunumu bəyənmişdi və bildirmişdi ki, sənə güvənirəm. Amma elə alındı ki, mən komandaya gəldikdən sonra Petrjelanı komandadan çıxardılar. Ondan sonra Demyanenko
gəldi. O isə mənə şans vermədi.
– Nəyə görə şans vermədi? Səbəbini soruşmadın?
– Nəyə görə şans vermədiyini bilirəm. Amma bu haqda indi danışmaq istəmirəm.
– Danış, biz də bilək də.
– Belə deyim də, bəziləri onun yanında mənim “torba”mı tikdilər.
– Kimlər?
– İndi ad açıqlamaq istəmirəm.
– Heç olmasa ucundan-qulağından...
– “Torba”mı tikənlər arasında həm futbolçular, həm də rəhbərlikdən
olanlar var idi. Amma bir daha təkrar edirəm ki, indi həmin adamların adlarını açıqlamaq istəmirəm. Amma vaxtı gələndə elə sizin qəzetiniz vasitəsiylə onların adlarını açıqlayacağam. Hamı biləcək ki, mən “Neftçi”dən nəyə görə getmişəm. Bu gün həmin insanlar mənim yanımda gözükölgəlidirlər.
– “Neftçi”dən ayrıldıqdan sonra yenidən “Bakı”ya qayıtsan da, orada da çox duruş gətirmədin.
– “Bakı”ya qayıdandan sonra da gördüm ki, Haciyevski məndən inciyib. Komandanın aparıcı futbolçularından biri idim və getməyim ona pis təsir etmişdi. Sonra da elə alındı ki, təklif gəldi və “Kocaelispor”a getdim.
– Oradakı günlərini necə xatırlayırsan?
– Orada hər şey əla idi. Yalnız oynamamağımdan başqa. Hər gün məşqlərdə can qoyurdum, bütün gücümlə məşq edirdim, amma baş məşqçi şans vermirdi ki, vermirdi. Yalnız son oyunda meydana çıxdım və onda da qol vurdum. Mənə elə gəlir ki, həmin oyunda vurduğum qolla problemin məndə deyil, məşqçidə olduğunu sübuta yetirdim. Daha sonra klubla 3 illik müqavilə imzalasam da, sonradan ortaya başqa problem çıxdı. “Kocaelispor”un federasiyaya 7 milyon borcu var idi və bu səbəbdən də mən də daxil olmaqla bir neçə futbolçuya lisenziya vermədilər. Yekunda da vətənə qayıtdım və “Standart”la müqavilə imzaladım.
– Ramal, Fuad Musayevin sənin karyeravın
üzərindən xətt çəkməsi düzgün söhbətdi?
– Xətt çəkib, deməzdim. Sadəcə, hələ gənc yaşımda “Hammürbü”yə keçməyə yaxın idim. Hətta 2 həftədən artıq həmin klubun düşərgəsində də oldum. Sonda pul məsələsində
razılıq əldə olunmadı. Bildiyimə görə, Fuad Musayev mənə görə qarşı tərəfdən 1,2 milyon dollar istəmişdi. Bu pulu isə mənə verməzdilər. Çünki həmin vaxt “Mölme” İbrahimoviçi “Ayaks”a 800 minə satmışdı. İbrahimoviç 800 minə satılırsa, mənə görə kimdi 1,2 milyon verən?
– Yəqin ki, cari mövsümdə Premyer Liqanın oyunlarını izləyirsən. Səncə, həqiqətənmi
çempionatın səviyyəsi artıb?
– Bəli, səviyyə artıb. Çempionat daha da gərgin və maraqlı alınıb. İndi digərlərindən 1 baş üstün olan komanda yoxdu. Yəni klublar arasında fərq ciddi deyil.
– Bəs milli?
– Milli komandamız da inkişaf edir. Artıq 2 xal toplamışıq. Ümumiyyətlə, futbolumuz inkişafdadır. “Neftçi”nin Avroliqanın qrup mərhələsinə
çıxması, “İnter” kimi komanda ilə səfərdə heç-heçə oynaması birbaşa inkişafın göstəricisidi. Ölkə və federasiya
rəhbərliyi futbolun inkişafı üçün çox iş görür. Amma məncə, millimiz bundan da yaxşı oynaya bilər. Bunun üçün isə ilk növbədə legionerlərdən imtina etmək lazımdı. Rusiyaya qarşı oyunu həmin ölkənin kanalından izləyirdim
və aparıcı oyun ərzində dəfələrlə qeyd etdi ki. Azərbaycan millisində legionerlərin sayı çoxdur. Bir azərbaycanlı kimi bu mənə çox pis təsir etdi. Milli ölkənin bir növ rəmzidi. Burada yerlilərdən başqa heç kim oynamamalıdı. Heç bir legioner milliyə yerli futbolçu qədər fayda verə bilməz. Sabah Qarabağ uğrunda müharibə başlasa, orada kim vuruşacaq? Bizlər. Məgər legioner gedib müharibədə
mənim yerimə vuruşandı? Əlbəttə, vuruşmayacaq. Milli komandada oynamaq da elə bir şeydi. Komandada yalnız və yalnız yerlilər oynamalıdı. Bu halda inkişafımız da sürətlənər.
– Səncə, Foqts millimizə xeyir verir?
– Təbii ki, verir. Əgər xeyir verməsəydi, AFFA rəhbərliyi onun vəzifəsində saxlamazdı. Mən bütün günahları Foqtsda görmürəm. Foqts çıxıb meydanda futbol oynamayacaq ki? Bir qədər futbolçu seçimində yerlilərə üstünlük versə, lap yaxşı olar.
"Het-trik news" qəzeti
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |