«Qəbələ» «Əlincə» turnirinin qalibi oldu

26.12.2012 | 3439 dəfə oxunub

"Qəbələ"nin 13 yaşa qədər futbolçulardan ibarət komandası ənənəvi "Əlincə" Turnirinin qalibi olub. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, qrup mərhələsini bir qələbə ("Qəbələ"-"Əlincə" 3:2) və bir heç-heçə ilə ("Qəbələ"-ROİL 0:0) yekunlaşdıran "qırmızı-qaralar" yarımfinalda Bakı "İnter"i ilə qarşılaşıblar. Oyun boyu üstünlüyü əldən verməyən "Qəbələ" rəqibini 1:0 hesabilə məğlub edib. Komandanı finala daşıyan qol Samir Ağakişiyevin aktivinə yazılıb.


Finalda "Qəbələ" kubok uğrunda "Neftçi" ilə mübarizə aparıb. İlk dəqiqələrdən təşəbbüsə yiyələnən Sərdar Qafarovun yetirmələri bu üstünlüyü sona qədər qoruyublar. Oyun boyunca bir neçə fərqlənmək imkanı qazanan "qırmızı-qaralar"  ikinci hissənin əvvəlində - 22-ci dəqiqədə hesabı açmağa müvəffəq olublar. Yarımfinalda komandasına qələbə qazandıran Samir Ağakişiyev qarşısıalınmaz zərbə ilə "Qəbələ"ni irəli çıxarıb. Matçın qalan dəqiqələrində komandanın daha bir neçə qol şansı yaransa da, hesab dəyişməyib və "Qəbələ" "Neftçi"ni məğlub edərək turnirin qalibi adına yiyələnib.

Matçdan sonra təşkil olunan təltifetmə mərasimində mükafatçılara kubok və medallar təqdim edilib. "Qəbələ"nin qolkiperi Sərxan Osmanov turnirin "ən yaxşı qapıçı"sı nominasiyasının qalibi olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail