V.Xodukin: “Bizim çox rəqabətqabiliyyətli rəqiblərimiz var” Müsahibə

09.01.2013 | 3454 dəfə oxunub

"İnter” PİK-in Uşaq Gənclər Futbol Məktəbi üzrə inkişaf layihəsinin rəhbəri Valentin Xodukin klubun rəsmi saytına verdiyi geniş müsahibəsində başçılıq etdiyi məktəbin fəaliyyətindən danışdı və digər sualları cavablandırdı. V.Xodukinin müsahibəsinin birinci hissəsini tədim edirik.

-Öncə bilmək istərdik, necə yaşayırsınız?

-Futbol ilə bağlı olan insanlar kimi yaşayırıq. Hər şey “İnter”PİK-in Uşaq Gənclər Futbol Məktəbinin qarşıdında dayanan qısa vadəli tapşırıqlardan asılıdır. Hər bir işin öz zolaqları, yükü və gərginliyi var, lakin həmçinin yeni qərarlar axtarmaq üçün zaman da var. Futbol günlərimiz belədir. Düşünürəm ki, digər futbol məktəbləri, digər futbol təşkilatları da belə yaşayır.
 
Normal yaşayırıq. Məktəbimiz futbol meydançalarıyla, inventar və digər lazımi avadanlıqlarla təmin olunub.
 
-“İnter” UGFM üçün ötən mövsüm kifayət qədər uğurlu oldu. Bu il də sizdən böyük uğurlar gözləyə bilərik?
 
-Bəli, ötən mövsüm bizim məktəb üçün kifayət qədər uğurlu oldu, bununla bağlı sizinlə razıyam. U-17 komandamız ölkə çempionu oldu, bu isə Azərbaycan üçün əlamətdar nailiyyətdir. Bundan başqa, digər komandalarımız da mğvsümü 2-ci və 3-cü yerlərdə başa vurdu. Deyim ki, ikinci yerdən biri 1-ci yerə dəyişəcəkdi, lakin mənasız səhvlər 2001-ci il təvəllüdlü futbolçulardan formalaşdırılmış komandamıza ölkə çempionu olmağa imkan vermədi. Bu komanda böyük işlər gördü və çempionluq onlar və məşqçiləri üçün sərf etdikləri əməyə görə mükafat olacaqdı. Ancaq təəssüf ki, finalda uduzduq.
 
Bu il bizi mübarizə gözləyir. Biz anlayırıq ki, bu mövsüm daha ağır olacaq, axı uşaq futbolunda il illə üst-üstə düşmür. Böyük uğura nail olmaq çox çətin olacaq, axı bizim çox rəqabətqabiliyyətli rəqiblərimiz var.
 
-Biz artıq öyrəşmişik ki, müxtəlif yaş kateqoriyalı uşaq komandalarımız beynəlxalq turnirlərdə iştirak edirlər. Bu mövsüm “Inter” UGFM komandalarının beynəlxalq turnirlərdə iştirakı planlaşdırılır?
 
-Mən beynəlxalq turnirlərə iki mövqədən yanaşıram. Birincisi, özünü göstərmək, ikincisisə, xaricdə uşaqların necə oynadıqlarını görmək. Sözsüz, beynəlxalq turnirlər çox faydalıdır. Uşaqlar xarici klublarla güc nisbətini görürlər. Məşqçilər də işlərində tətbiq edə biləcəkləri anları müşahidə edirlər. Necə deyərlər-yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Ancaq mən gəzinti xarakterli turnirlərin tərəfdarı deyiləm. Elə turnirlər olmalıdır ki, uşaqlarımız kötək altına düşməsinlər. Bu planda çox ehtiyatlı olmaq lazımdır, axı bu, “İnter”in imicinə və uşaqların psixikasına böyük zərbə vura bilər, uşaqlar həvəsdən düşərlər. Belə hallara differensial yanaşmaq lazımdır. Beynəlxalq turnirlərin arxasınca qaçmaq lazım deyil. Beynəlxalq turnirlərdə iştirak “İnter” üçün ehtiyatın yaradılması prosesinin bir hissəsi olmalıdır. Biz beynəlxalq turnirlərə bu nöqteyi-nəzərdən çıxış edərək  baxırıq.
 
-“İnter” UGFM ölkədə qabaqcıl məktəblərdən biridir. Bu mövsüm məktəbdə hansı innovasiyaların və yeniliklərin tətbiqi planlaşdırılır.
 
-Hazırda bizim müxtəlif yaş qrupları üçün nəzəri məşğələləri əhatə edən tam dövrədən geniş istifadə etməyə başlamışıq. Nəzəri məşğələlərin dövrü metodiki xarakter daşıyır, onlar idraki istiqamət daşıyır. Biz uşaqlara futbolun müxtəlif aspektlərini öyrədirik, xüsusilə də  futbol meydanşasında necə davranmaq lazımdır, komanda yoldaşlarıyla necə qarşılıqlı fəalliyyət göstər zəruridir və s. Bu məşğələlər özündə taktiki düzülüşləri, müdafiədə oyunun təşkilini, müdafiədən hücuma keçməyi və əksinə, ehtiva edir. Biz uşaqlara oyun vəziyyətindən asılı olaraq meydançanın bu və ya digər hissəsində özünü göstərmək üçün futbolçunun hansı fərdi keyfiyyətlərə malik olması barədə danışırıq. Bunu əsasən yuxarı yaş qruplarına sıx şəkildə təlqin etməyə çalışırıq, ancaq demək istəyirəm ki, bu məsələdə artıq 1999-cu il təvəllüdlü uşaqlardan formalaşdırılmış komandalara da çatmışıq.  
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail