“Valensiya" və “Vilyareal”in keçmiş məşqçisi "Neftçi"də

23.01.2013 | 3593 dəfə oxunub

Antalya hazırlığını davam etdirən “Neftçi” PFK fiziki hazırlıq üzrə mütəxəssis, ispaniyalı Ruben Seleş Kastellonu düşərgəsinə dəvət edib. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, UEFA Pro kateqoriyalı Ruben Seleş “Barselona” klubunun “Master” diplomuna layiq görülüb. Peşəkar məşqçi karyerasına 2008-ci ildə başlamış məşqçi İspaniyanın “Valensiya, “Vilyareal” və Yunanıstanın “Aris”, “Asteras” kimi klublarında çalışıb. Ruben Seleş bu günkü məşqdə komanda heyətinə təqdim olunub. Məşqdən sonra ispaniyalı mütəxəssis fikirlərini klubun rəsmi saytına danışıb:

“Mənə dəvət gələn kimi “Neftçi” haqqında ətraflı məlumat topladım. Bilirdim ki, bu klubun böyük tarixi var və “Neftçi” hər zaman iddialı olub. Bu mövsüm komanda Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla Avropada öz söz etdirib. Son iki mövsümdə çempion olmuş komanda üçün titulu qorumaq çox vacibdir. “Neftçi” rəhbərliyi ilə söhbətimdə komanda qarşısına qoyulan məqsədlərlə tanış oldum. Komandanın baş məşqçisi Böyükağa Hacıyevlə tanış oldum və o mənə öz məsləhətlərini və tövsiyyələrini verdi. İlk məşqdə hiss etdim ki, düşərgədə əla abu-hava var. Belə bir mühitdə və şəraitdə işləmək yalnız zövq verə bilər. Gənc olmağıma baxmayaraq Avropanın bir sira ölkələrində çalışmışam və müəyyən təcrübə toplamışam. Əminəm ki, hazırlıq müddəti başa çatana kimi futbolçularımız çempionat oyunlarına tam hazır olacaqlar və klub rəhbərliyi və rəhbərliyin etimadını doğruldacağıma əminəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail