"Spartak" Ruslan Abışovun işini asanlaşdıra bilər

25.01.2013 | 3295 dəfə oxunub

"Rubin"in müdafiəçisi Salvatore Boketti bu günlərdə komandanı tərk edə bilər. Stadium.az xəbər verir ki, Moskva "Spartak"ı Kazan təmsilçisinin müdafiəçisini heyətinə qatmağa çalışır. Verilən məlumata görə, "Spartak" italiyalı müdafiəçiyə görə 5 milyon avro ödəməyə hazırdı. Keçid bu gün baş tuta bilər.

Qeyd edək ki, milli komandamızın və "Xəzər Lənkəran"ın müdafiəçisi Ruslan Abışov da bu günlərdə "Rubin"lə rəsmi müqavilə imzalamalıdır. Bokettinin gedişi isə Ruslanın əsas heyətə düşmək şansını artıra bilər. Çünki böyük ehtimalla, Kazan təmsilçisi Bokettinin yoxluğunu məhz Abışovla dolduracaq.

Əlavə edək ki, Boketti cari mövsüm Rusiya Premyer Liqasında 13 matça çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.

Bokettinin "Spartak"a keçəcəyi haqda xəbərlər Rusiya mətbuatında geniş müzakirə olunsa da, Kazan klubunun mətbuat xidmətinin rəhbəri Maksim Lopuxov yayılan informasiyanı təkzib edib: "Boketti haqda onu deyə bilərəm ki, bu xəbər yalandır. Bu ana qədər biz Boketti ilə bağlı heç bir klubdan rəsmi təklif almamışıq". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

09.04.2020

08.04.2020

07.04.2020

06.04.2020

05.04.2020

04.04.2020

03.04.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ