"Barselona"lılar Muslera deyir

26.01.2013 | 2467 dəfə oxunub

Viktor Valdeslə yeni müqavilə imzalamayan və mövsümün sonunda onunla vidalaşacaq "Barselona" yeni qapıçı axtarışına çıxıb. Stadium.az xəbər verir ki, hələlik kataloniyalıların Valdesi kiminlə əvəzləyəcəyi bəlli deyil. "Barselona"ya yaxınlığı ilə seçilən "El Mundo Deportivo" qəzeti isə "Barselona"nın yeni qapıçısı kim olsun" adlı sorğu keçirir. Siyahıda adı yer alan qolkiperlər arasında "Qalatasaray"ın qapıçısı Fernando Muslera da var. Uqurvaylı qolkiperdən başqa siyahıda De Xea ("Mançester Yunayted"), Pepe Reyna ("Liverpul"), Visente Guaita ("Valensiya"), Tiabut Kurtua ("Atletiko"), Peter Çex ("Çelsi"), Maarten Stekelenburq ("Roma"), Cio Hart ("Mançester Siti"), Manuel Noyer ("Bavariya"), Mark Andre ter Stegen ("Borusiya", Münhenqladbax), Tim Vise ("Hoffenhaym"), Uqo Loris ("Tottenhem"), Julio Sezar ("KPR"), Tim Krull ("Nyukasl"), Freyzer Forster ("Seltik"), Stiv Mandanda ("Marsel"), Canluici Buffon ("Yuventus"), Serxio Romer ("Sampdoriya"), Ramos ("Korintians"), İqor Akinfeyev (ÇSKA, Moskva), Bernd Leno ("Bayer Leverkuzen"), Rene Adler ("Hamburq"), Vilfredo Kabalyero ("Malaqa") və Rui Patrisio ("Sportionq") yer alıb. Dünən axşama olan nəticələrə görə sorğuda 13 mindən artıq respondent iştirak edib. "Qalatasaray"ın qapıçısı Fernando Muslera səslərin 17 faizini toplayaraq, ikinci pillədə qərarlaşıb. Mueslera yalnız "Sportinq"in qolkiperi Rui Patrisiodan geri qalır (31 faiz). Qeyd edək ki, bir müddət əvvəl "Qalatasaray"ın qapıçısı ilə "Liverpul" və "Mançester Yunayted"in də maraqlandığı haqda xəbərlər yayılıb. İngiltərə nəhəngləri Musleraya görə 15 milyon avro ödəməyə hazırdı. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

10.04.2020

09.04.2020

08.04.2020

07.04.2020

06.04.2020

05.04.2020

04.04.2020

03.04.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ