"Medallar uğrunda mübarizə aparmaq istədiyimizdən..."

05.02.2013 | 5763 dəfə oxunub

Hazırlıqları başa vuran "Simurq"un əvəzedici heyəti artıq AZAL-la oyuna tam hazırdır. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki. yanvarın 5-dən təlim-məşq toplanışına start verən Rövşən Babayevin yetirmələri 30-da məşqləri tamamlayaraq 3 günlük istirahətə çıxıb. Bu dövrdə həm heyəti yenidən kompleksleşdirilən komanda, həm də bir neçə yoldaşlıq görüşündə gücünü sınaqdan keçirdib. Bu haqda klubun rəsmi saytına açıqlama verən Rövşən müəllim, görülən son işlər və yetirmələrinin çempionata hazırlığı haqqında məlumat verib:“Əvvəlcədən də bildirdiyim kimi, yanvarın 5-dən 10-dək seleksiya xarakterli toplanış keçirdik. Zaqatalaya müxtəlif bölgələrdən 100-dən artıq yeniyetmə futbolçu təşrif buyurdu. Bizdə qarşımıza məqsəd qoymuşduk ki, heyəti yaş baxımından cavanlaşdıraq. İndidən növbəti mövsümün də heyətin quraq. Nəticədə onlar içərisindən ən istedadlıların seçdik və 10 yeni futbolçu ilə müqavilə imzaladıq. Onlardan bir neçəsi birinci dəstədə iştirak edən komandaların heyətində forma geyinib”.

Daha sonra gənc mütəxəssis komandasının keçirdiyi yoldaşlıq görüşləri haqqında məlumat verdi. Bildirdi ki, seleksiya toplanışından sonra əvəzedici heyət çempionatın hazırlığına start verib: “Bundan sonra artıq çempionata tam şəkildə hazırlaşmağa başladıq və bu prosses 30-na qədər davam etdi. Komandamın gücünü yoxlamaq üçün beş yoldaşlıq görüşü keçirdik. İlk rəqibimiz Gürcüstanın “Ameri” kollektivi oldu və onları 3:2 hesabı ilə məğlub etməyi bacardıq. Daha sonra Tovuzda “Turan”ın əsas heyəti ilə qarşılaşdıq. İlk hissədə ideal 11-i meydana buraxdım və qolsuz heçə-heçə oynadılar. Fasilədən sonra isə yeni seçilmiş uşaqlara şans verdim. Yaş fərqinə və təcrübəsizliyə baxmayaq yaxşı oyun nümayiş etdirdilər. Ancaq bu matçda 4:0 hesabı ilə məğlub olduq. Növbəti yoxlama görüşümüz Ağsuda I dəstədə mübarizə aparan “Ağsu” komandası ilə oldu. Bu qarşılaşmada da ilk hissədə əsas heyətə şans verdim və onlar qolsuz heç-heçə etdilər. İkinci 45 dəqiqədə isə yenidən seleksiyadan seçdiyim futbolçuları meydana buraxdım. Bu matçda da onların oynundan razı qalsam da, təcrübəsizliyin qurbanı oldular və 5:1 hesabı ilə məğlub olduq. Dördüncü yoxlama oynumuzu Gəncədə “Tərəqqi” ilə keçirdik. Həmin matçda da 2:0 hesabı ilə məğlub olduq. Son gürüşümüzü isə Zaqatalada Abxaziyanın yeniyetmələrdən ibarət yığma komandası ilə keçirtdik. Bu qarşılaşmada 3:2 hesabı ilə qalib gəlməyi bacardıq və toplanışı yekunlaşdırdıq. Bundan sonra komandanı istirahətə buraxdıq və fevralın 3-dən yenidən bir araya gəlmişik”.

Rövşən müəllim açıqlamasında ümumilikdə toplanışdan razı qaldığını, istədiyi futbolçuları heyətə cəlb edə bildiyini qeyd edib. O, həmçinin, komandadan göndərilən futbolçular haqqında da məlumat verib: “Allahın köməkliyi ilə fasilədən sonra da uğurumuzu davam etdirmək niyyətindəyik. Maksimum səviyyədə çalışdıq ki, heyəti qoruyaq. Yalnız zədə səbəbindən Rəvan Alxazov və Qafar Qafarov müalicə olunmalı olduqlarından, Qəhramanov Elgün və Abdullayev Sərxan isə hərbi xidmətə getdiklərindən, komandadan ayrıldılar. Onların əvəzinə isə yeni seçdiyimiz futbolçularla doldurmağa çalışacağıq. Oyun təcrübələri az olsa da, hesab edirəm ki, tez bir zamanda bizim sistemimizə uyğunlaşa biləcəklər və gələcəkdə daha çox bizə kömək edəcəklər”.

Əvəzedi heyətin baş məşqçisi açıqlamasında komandasının fasilədən sonra da qələbələri davam etdirmək istədiyini və medallara nail olmaq üçün heyəti qorumağa çalışdıqlarını da bildirib: “Təbii ki, fasilədən sonra da qələbələrin davamını gətirmək istəyirik. Məqsədimiz yaxşı futbolçular yetişdirməklə yanaşı, medallar uğrunda da mübarizə aparaq və gözəl nəticələr əldə edək. Klubun prezidenti Anar Bəkirovda çox sağ olsun ki, bizim hər bir işimizdə yaxından köməklik göstərir. Hər bir problemimizin vaxtında və lazımı qaydada həll olunması üçün tapşırıqları verir. Medallar uğrunda mübarizə aparmaq istədiyimizdən heyətimizi qorumağa çalışdıq və buna nail olduq. Yenilərlə birlikdə məqsədimizə doğru irəliləyəcəyik”.

Sonda qarşıdakı AZAL-la oyun haqqında da məlumat verən Rövşən Babayev, komandasının səfərdən yaxşı nəticə ilə qayıdacağına ümid etdiyini qeyd edib: “Artıq AZAL-la oyunun hazırlıqlarına start vermişik. Rəqib komanda da məşqçi dəyişikliyi oldu və Nazim Əliyev bu posta gətirildi. Bu da fikrimcə onların oyununda dəyişikliklərə səbəb olacaq. Daha yaxşı oynamağa və nəticə qazanmağa çalışacaqlar. Biz də hazırlıqlarımızı davam etdiririk. Məqsədimiz turnir cədvəlindəki yerimizi itirməməkdir. Bu səbəbdən də yalnız qələbə haqqında düşünürük. Fikrimcə, komandamın hazırkı vəziyyəti bizim yaxşı nəticə ilə qayıtmağımıza kömək edəcək”.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail