Əmrə "Fənər"i yalnız buraxmadı

15.02.2013 | 4162 dəfə oxunub

Qış fasiləsində "Fənərbaxça"ya transfer olunan Əmrə Belezoğlu bu turnirdə "Atletiko"nun heyətində çıxış etdiyindən yeni klubuna kömək edə bilmir. Stadium.az xəbər verir ki, buna baxmayaraq, Əmrə İstanbul klubun Avroliqanın 1/16 final mərhələsinin ilk oyunu çərçivəsində səfərdə BATE-yə qarşı baş tutan oyunda komanda yoldaşlarını yalnız buraxmayıb. Təcrübəli futbolçu xüsusi təyyarə ilə matçın baş tutduğu Qrodno şəhərinə gedib. 90 dəqiqə tribunadan matçı izləyən Əmrə İstanbula komandası ilə birgə dönüb.

Bu arada "Fənərbaxça"nın BATE matçı öncəsi iştirak ərizəsinə daxil etdiyi gənc futbolçu Salih Uçan ilə 2 yeni transfer Vebo və Tsiqler ilk dəfə "Fənərbaxça" formasıyla avrokubok oyununda meydana çıxıb.

BATE - "Fənərbaxça"n oyunundan öncə təhlükəsizlik qüvvələri xüsusi addımlar atıblar. Tribunlara girişdə azarkeşlər spirt yoxlamasından keçiblər. Spirtli içki qəbul etmiş fanatlar arenaya buraxılmayıblar.

Matça gələn media nümayəndələri də təhlükəsizlik xidmətləri tərəfindəmn xüsusi şəkildə yoxlanılıblar. Matçın başlamasına 1,5 saat qalmış "Neman" stadionuna gələn "Fənərbaxça"nın bəzi futbolçuları isinmə hərəkətlərindən öncə meydana çıxaraq qazonu yoxlayıblar. 
Onu da əlavə edək ki, 8 min tutumu olan arenada "Fənərbaxça"lı azarkeşlər də komandalarını yalnız buraxmayıblar. "Sarı-lacivərdli" fanatlar onlar üçün ayrılan 465 nəfərlik yerin böyük hissəsini doldurublar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail