İlqar Tağıyev: “Vaxtilə özüm də “lipa” olmuşam” Müsahibə

22.02.2013 | 6093 dəfə oxunub

“Het-trik news” qəzetinin baş redaktoru İlqar Tağıyev rekord.az saytına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:

- İlk olaraq XX turun oyunlarından başlayaq: “Bakı”-AZAL
- “Bakı” - AZAL oyununa baxa bilmədim. “Bakı”ya qələbə hava su kimi lazım idi. “Turan” üzərində qələbədən sonra, AZAL-dan alınan 3 xal komandanın “altılığ”a düşmək şansını bir qədər də artırdı. Bu komandaların hər ikisi “altılıq” uğrunda mübarizə aparırdı, hər ikisi də iddialı idilər. Həm də eyni anda hər ikisinin də vəziyyəti o qədər də yaxşı deyildi, istər turnir cədvəlindəki mövqe, istərsə də psixoloji baxımdan. “Bakı” bu qələbə sayəsində mənəvi problemi aşa bildi. AZAL-da gəzən söz söhbətlər, Vaqif Sadıqovun yerinə İqor Ponomaryovun baş məşqçi postuna gətirilməsi, müəyyən mənada qeyri-müəyyənlik, komandanın oyununa da təsir elədi və nəticədə AZAL son turlarda məğlub oldu. Bu oyundan sonra “Bakı”nın şansları bir qədər artdı, amma bu o demək deyil ki, “Bakı” “altılığ”a düşəcək. Növbəti turlarda “zolaqlılar” çətin rəqiblərlə qarşılaşacaq. İlk olaraq səfərdə “Simurq”la, sonra öz meydanında “Rəvan”la qarşılaşacaq. “Simurq”la müqayisədə “Rəvan”ı bir qədər asan rəqib kimi görsənə bilər. Qısası, hər şey özlərindən asılıdı.
 
- Qeyd etdiz ki, İqor Ponomaryov AZAL-a baş məşqçi gətirilicək. Deməli, onun “təyyarəçilər”in oyunlarında olmasının səbəbi bu idi.
- Məlum məsələdi, AZAL “altılığ”a düşməyəcəyi təqdirdə baş məşqçi dəyişikliyi gözləniləndi. İqor Ponomaryov gəlməsə də, başqa biri gələcək, amma Ponomaryov ən real namizəddi.
 
- Ancaq bir ara Ağasəlim Mircavadovun adı hallanırdı ki, baş məşqçi kimi o gətiriləcək…
- Düzünü desəm, bu xəbəri mən sizdən eşitdim. Amma fikrimcə, Mircavadov gətirilsə, daha yaxşı olar, nəinki Ponomaryov. Fikrimcə Ağasəlim müəllim yerli mühitə daha yaxşı bələddi, daha təcrübəli və savadlıdı.
 
- Yəqin, xəbəriniz var, Ponomaryov Azərbaycan vətəndaşlığı aldı. Bəzi jurnalistlər buna etirazlarını bildirdilər, onun vaxtı ikən xaricə qaçması ilə bağlı. Onlar onun bu gün Аzərbaycan vətəndaşı olmağa layıq görmürlər. Siz necə düşünürsüz?
- Fikrim müsbətdi. Nə vaxtsa olmalıydı. Hər halda bu torpaqda böyüyüb, nailiyyətləri olub, futbol üzrə yeganə Olimpiya çempionumuzdu. Yəni Kasparov deyil ki, xain kimi qələmə verək. Onun anası, qohum-əqrəbası burda qalır. Mən neçə jurnalist, neçə azərbaycanlı tanıyıram ki, burdan qaçıb xaricdə siyasi sığınacaq axtarıb. Bu Ponomaryovun şəxsi işidi. Amma sırf futbol baxımından vurğulasaq, Ponomaryovun xeyri dəyməsə də, futbolumuz adına əməyi var. Onun vətəndaşlıq almağını müsbət qarşıladım, hətta eşidəndə öz-özümə sual verdim, görəsən niyə çıxmışdı vətəndaşlıqdan. Ona da yəqin sual verən olsa, aydınlıq gətirər.
 
- Keçək turun digər maraqlı qarşılaşmalarından biri “İnter” – “Qəbələ” oyununa.
- Vallah, deyərdim ki, maraqlı oyun olmadı.
 
- Turnir cədvəli baxımından maraqlıydı...
- Bu baxımdan maraq kəsb etsə də, çox maraqsız, mənasız bir oyun keçdi. Elə oyunlar olur ki, məsələn, “Barselona”-“Real” oyunu vaxtı adam gözünü ekrandan yayındıra bilmir ki, birdən nəysə qaçırar. Düzdü, nə “İnter” “Barselona” deyil, nə də “Qəbələ” “Real”. Amma Azərbaycanda elə bir oyunlar olub ki, məsələn, 1-2 il əvvəl baş tutan “Xəzər Lənkəran” “Qarabağ” oyunu, mən o oyundan xüsusi zövq almışdım. Amma bu oyun çox cansıxıcı oldu. “İnter” “altılıq”da yerini təmin eliyib, “Qəbələ” də böyük ölçüdə buna yaxındı. Çünki 29 xalı var. Son turlarda 26 xala sahib “Bakı” və 27 xalı olan “Xəzər Lənkəran”lа qarşılaşacağı çətin oyunlar olsa da, düşünürəm ki, istəklərinə çatacaqlar.
 
- Liderlər qrupundan “Simurq”-“Neftçi” oyunu haqda nə deyə bilərsiz?
- Həmin oyundan əvvəl oyunun vaxtının dəyişdirilməsiylə bağlı bir çox söz-söhbətlər gəzdi. “Simurq” - “Neftçi” oyunu ya “İnter” – “Qəbələ” oyunuyla eyni vaxtda, ya da əvvəl başlamalıydlı. Güya ki, bu tam təsdiqini tapmayıb, amma gəzən söz-söhbətlərə görə “Qəbələ” “İnter”i udsaydı, “Neftçi” də “Simurq”a uduzacaqdı. Səbəbini izah etmirlər, bu sadəcə ortada gəzən şayiələrdi. Mən həmin oyunu canlı izləyə bilmədim, amcaq məndə olan məlumatlara görə, “Neftçi” üstün oyun sərgiləyib. “Simurq” neçə vaxt idi ki, öz meydannda xal itirmirdi, gözəl oyun sərgiləyirdi və “Neftçi”nin qalib gəlməsi gözlənilməz oldu.
 
- Şayiə demişkən, daha biri yayılıb ki, “Simurq” növbəti turda “Bakı”ya bilərəkdən uduzacaq…
- Bunu sizdən eşidirəm. Bilirsiz nə söhbət ola bilər? “Bakı”, “Xəzər Lənkəran” və “Qəbələ” prestij baxımından “altılığ”a düşmək uğrunda mübarizə aparır. Bu boyda maliyyə imkanları olan klubların “altılığ”a düşməməsi biabırçılıq olardı. Bu üçündən biri biabır olacaq, bu məlumdu. AZAL artıq biabır olub, onun da günahını baş məşqçidə görüblər. “Bakı” indi “Simurq”a qalib gəlib, “altılıq”da hər iki oyunda “Simurq”a və “Böyük qardaş” “İnter”ə məğlub olsa, demək, bu şayiələr boş-boşuna yayılmayıb. Bunu gələcək göstərəcək.
 
- Birdə Elhad Nəziri haqda soruşmaq istərdim. Həmkarlarımız Elhadın “lipa” olduğu ilə bağlı araşdırma aparıblar…
- “Lipa” söhbəti Azərbaycanda keçmişdən gəlir, indi də var, gələcəkdə də olacaq. Bu tək Azərbaycan futboluna aid deyil, dünya futbolunda da var. Sadəcə ispan, italyan futbolunda bu söhbət ola bilməz, çünki ehtiyac yoxdu. “Lipa” uşaq futbolunda olur, hətta özüm də bir vaxtlar “lipa” olmuşam. Bir futbolçu bu yolla Azərbaycan futbolunu qaldırırsa, buna müəyyən mənada dəstək vermək olar. Yenə deyirəm, söhbət Azərbaycan futbolunun mənafeyindən gedirsə. Vaxtılə komanda yoldaşım olmuş futbolçu var ki, “lipa” idi. Amma millimizdə çox yaxşı oyun sərgiləyirdi. Hətta legioner həyatı belə yaşamışdı. Özü də bir neçə klubda. “Lipa” olduğunu bilirdik. Ancaq durub aləmə çar çəkməliydik ki, bəs filankəs yaşını saxtalaşdırıb? Ümumiyyətlə isə, hər şey qayda-qanunla olsa daha yaxşıdı.



  #1   Adınız: ruhid;   E-mail: [email protected]

25.02.2013 15:36

Təbrik edirəmçdaha böyük müvəffəqiyyətlər arzulayıram.

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail