Böyükağa Hacıyev: "Cavid İmamverdiyevə göstərilən "qırmızı" haqlı idi"

28.02.2013 | 6001 dəfə oxunub

"Neftçi” PFK-nın baş məşqçisi Böyükağa Hacıyev klubun rəsmi saytına açıqlama verib. Stadium.az xəbər verir ki, təcrübəli mütəxəssis Cavid İmamverdiyevin əvəzedici heyətə göndərilməsindən danışıb: "Azərbaycan kuboku uğrunda keçirilmiş “Simurq”-“Neftçi” matçının 75-ci dəqiqəsində Cavid İmamverdiyevi meydana buraxdıq. Futbolçu meydanda olduğu 15 dəqiqə ərzində məşqçilər heyətinin etimadını doğrulda bilmədi. Bundan əlavə Cavid oyundan sonra rəqib komandanın futbolçusuna qarşı qeyri etik davranmaqla intizam qaydalarını pozdu və haqlı olaraq qırmızı vərəqə ilə cəzalandırıldı. Qarşılaşmadan dərhal sonra məşqçilər heyəti və futbolçuların iştirakı ilə toplantı keçirib klub rəhbərliyinə bu məsələ ilə bağlı hesabat təqdim etdik. Məşqçilər heyətinin birgə rəyi ilə Cavid İmamverdiyevin əvəzedici heyətə göndərilməsi qərara alındı. Bu gün “Neftçi"nin formasında meydana çıxan hər bir futbolçu göstərdiyi oyun və intizamı ilə hamıya nümunə olmalıdır. Bu qaydaları pozan futbolçu kimliyindən asılı olmayaraq etdiyi hərəkətə görə cavab verməlidir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail