Mahmud Qurbanov AZAL-la oyundan danışdı

13.03.2013 | 5400 dəfə oxunub

"Kəpəz"in baş məşqçisi Mahmud Qurbanov klubun rəsmi saytına AZAL-la keçiriləcək oyunla bağlı açıqlama verib. Stadium.az xəbər verir ki, çalışdırıcı sabahkı matç üçün qarşıya qoyulan məqsəddən danışıb: "İstəyirik ki, "Simurq"la oynadığımız futbolu AZAL-a qarşı görüşdə də ortaya qoyub, layiqincə mübarizə aparaq. Hələ bir az da yaxşı oynamaq məqsədimizdir. Xalımız çox azdır. Rəqiblərimiz bizdən öndədir. Bununla belə "altılıq"da vəziyyətimizi yaxşılaşdırmaq fikrindəyik. Sabah məğlub olmaq istəmirik. Qələbə qazansaq, sevinərik. Əsas hədəf xal almaqdır".

Mahmud müəllim qarşıdakı oyunun çətin olacağını bildirib. Bunu rəqibin AZAL olması ilə əsaslandırıb: "Rəqib güclüdür. Üstün tərəfləri heyətdə yaxşı futbolçuların olması və komandanın sürətli oynamasıdır. Xüsusən də əks-hücumlar zamanı meydanda daha sürətli hərəkət edirlər. Heyət çoxdan komplektləşib və oyunçular bir-birlərinə uyğunlaşıblar".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail