AFFA Foqtsu yalançı çıxardı

27.03.2013 | 5067 dəfə oxunub

“Təyyarədə hər kəs öz yerində oturmuşdu”. Stadium.az xəbər verir ki, AzVision.az saytına açıqlamasında bu sözləri AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu deyib. 

M.Nərimonoğlu bildirib ki, əvvəlcədən futbolçular üçün böyük təyyarə nəzərdə tutulub: “Son anda Novruz bayramına görə yaranan sıxlığa görə hava limani tərəfindən TU-134 təyyarəsi verilib. Amma qeyd edim ki, bu hal hazırda istifadə olunan təyyarədir”. 

Yerdə yatmaq məsələsinə gəldikdə isə Mikayıl Nərimonoğlu bildirib ki, həmin təyyarədə olmayıb. “Görmədiyim məsələ haqqında münasibət bildirə bilmərəm. Ancaq onu deyə bilərəm ki, təyyarədə 64 yer var idi. Gedəndə 61 nəfər getmişdi, gələndə isə 63 nəfər. Hər kəsin öz yeri var idi. Hər kəs öz yerində oturmuşdu”

Millimizin baş məşqçisi Berti Foqts Almaniyanın nüfuzlu “Bild” qəzetinə açıqlamasında bildirib ki, Portuqaliya ilə oyun ərəfəsində komanda yorğun olub, Azərbaycan millisi üçün ayrılan təyyarənin isə çox darısqal olduğunu söyləyib və futbolçuların normal istirahət edə bilməyib.

Qəzetin əldə etdiyi məlumata görə, təyyarə o qədər balaca olub ki, hətta futbolçular döşəmədə yatıblar. Almaniyalı mütəxəssis də məlumatı təkzib etməyib: “Bizə səhv təyyarə göndərilmişdi. Futbolçulardan çoxu döşəmədə yatmağa məcbur oldu. Bu, qəbuledilməzdir”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail