Rasim Ramaldanov: “Simurq” mehriban bir ailədir” Müsahibə

27.03.2013 | 3561 dəfə oxunub

"Simurq"un kapitanı Rasim Ramaldanov klubun rəsmi internet saytına müsahibə verib. Stadium.az həmin  müsahibəni təqdim edir:

Rasim, ilk öncə “Kəpəz”lə oyunun fasiləsin nə baş vermişdi? Həmin hadisəyə aydınlıq gətirərdin.

- Gəncə təmsilçisi ilə oyun bizim üçün çox gərgin keçdi. Çünki istədiyimiz oyunu sərgiləyə bilmirdik və bu bizdə əsəbi durum yaratmışdı. Təbii ki, hesabda geri düşməyimiz rəhbərliyində ürəyincə olmayan göstərici idi. Fasilədə klub prezidenti paltardəyişmə otağına daxil oldu. Komandanın oyunundan çox narazı idi və bu səbəbdən kapitan olaraq məni danladı. Həmin anda mən də hisslərimi cilovlaya bilmədim və buna reaksiya verdim. Bu da rəhbərliyin təbii ki, xoşuna gəlmədi və məni cəzalandırdı.

Mətbuatda isə sənin danışdıqlarından fərqli xəbərlər yazılırdı. Bu haqda nə deyə bilərsən?

- Bəli, düz qeyd edirsiz. Bu səbəbdəndə mən, bu məsələ haqqında danışmaq istərmirdim. Kim hardan nə eşidirdisə, üstünə əlavələrində qoyub yazırdı. Guya ki, mən klub prezidentinə əl qaldırmışam. Bu cür yazanlara demək istərdim ki, birincisi Rasim o cür tərbiyə yiyəsi deyil ki, klub prezidenti ilə əlbəayaqa olsun. İkincisi də Anar müəllim klub rəhbəri olaraq, komanda da hər bir futbolçu ilə gözəl münasibətlərə malikdir, o cümlədən mənimlə. İstənilən şəxs qarşılaşdığı problemi açıq şəkildə prezidentə söyləyə bilir və o, bacardığı qədər köməklik edir. Ona görə bir daha bildirirəm ki, bu hadisə haqqında yazılan informasiyaların əksəriyyəti yalandan ibarət idi. Hər şey necə olmuşdu mən bayaq bildirdim.

Bu gün klubun rəhbərliyi ilə yenidən bir araya gəldin. Son olaraq sənin haqqında nə qərara gəlindi?

- Mən bundan öncə də, Anar müəllimlə görüşmüşdüm. Sonuncu dəfə Zaqatalada “Qarabağ”la oyundan sonra söhbət etmişdik. Bu gün yenidən onun qəbuluna getdim və söhbət elədik. Görüş zamanı bildirdim ki, həmin zaman nəticəyə görə məndə əsəbi olmuşam və iradlarınıza belə reaksiya vermişəm. Buna görə də Anar müəlimdən üzr istədim. O da hər şeyi anlayışla qarşıladı və mənim yenidən komandanın düşərgəsinə qoşulmağıma razılıq verdi. “Simurq” mehriban bir ailədir. Elə bir ailədə yoxdur ki, orada nə vaxtsa söz-söhbət olmasın. Bizdə də bu cür oldu. Oturub hər şeyi müzakirə etdik və ortaq məxrəcə gəldik. Əsas odur ki, indi hər şey artıq qaydasındadır. Sabah Zaqatalaya yola düşürəm və komandanın məşqlərinə qoşulacam. Bizi qarşıda ağır və çətin oyunlar gözləyir. Bu görüşlərdə mütləq yaxşı nəticələr qazanıb, məqsədimizə çatmalıyıq.

Bizi qarşıda “Bakı” ilə növbəti çətin sınaq gözləyir. Bu qarşılaşmada “Simurq”un şanslarını necə dəyərləndirirsən?

- Cəzalı olmağım, daha sonra yığma komandanın düşərgəsində olduğumdan komandanın son məşqlərində iştirak edə bilmirdim. Ancaq hər gün onlardan xəbər alırdım. Bildiyimə görə çox yüksək əhval-ruhiyyədə hazırlıqları davam etdirirlər. Premyer Liqada yaranmış fasilədən istifadə edərək Gürcüstanda qısa müddətli təlim-məşq toplanışı keçdilər və burada “Dila” kimi güclü komandanı minimal hesabla məğlub etdilər. Sabahdan məndə onlara qoşulacam. İnanıram ki, “Simurq” bu dueldən qalib ayrılan tərəf olacaq.                   

Milli komandanın son iki oyunu haqqında nə deyərdin?

- Fikrimcə hər iki görüşdə pis çıxış etmədik. Luksemburq o qədər də zəif komanda deyil. Üstəlik doğma meydan amili köməklərinə çatdı. Bizdə ələ düşən qol vəziyyətlərindən yararlana bilmədik və nəticədə səfərdən qolsuz heç-heçə ilə qayıtdıq. Portuqaliya ilə görüşdə isə ilk hissədə yaxşı oyun nümayiş etdirdik. Ancaq fasilədən sonra hakimin qərəzli qərarından sonra meydanda bir nəfər az qaldıq. Bu da komandanın oyununa təsir göstərdi. Təbii ki, 10 nəfərlə Portuqaliya kimi güclü rəqibə qarşı mübarizə aparmaq çox çətindir. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

27.05.2020

26.05.2020

24.05.2020

12:34  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

22.05.2020

20.05.2020

19.05.2020

01:09  "Verder" - "Bayer" - 1:4 VİDEO

18.05.2020

17.05.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ