Ağasəlim Mircavadov: "Xəzər Lənkəran" finala yüksəlməklə böyük iş gördü" Müsahibə
Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov Futbolxeber.az saytına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:
- "Xəzər Lənkəran" dünən ölkə kubokunun
1/2 final mərhələsinin cavab görüşündə "Bakı"nı 2:0 hesabı ilə məğlub
edərək, finala adladı. Sabiq komandanızdan bu cür oyun gözləyirdiniz?
-
"Xəzər Lənkəran" hər zaman iddialı olub, komanda həmişə çempionluq və
kubok uğrunda mübarizə aparıb. Cari mövsüm "Xəzər Lənkəran" ikinci
"altılıq"da yer aldı və yeganə ümidi kubok idi. Komanda da gözəl anlayırdı
ki, Avropaya gedən ən qısa yol ölkə kubokundan keçir. Deyərdim ki, "Xəzər
Lənkəran" finala yüksəlməklə böyük iş gördü. İlk oyunda məğlub olmasına
baxmayaraq, "Xəzər Lənkəran" cavab oyununda əla çıxış etdi. Komanda "Bakı"
ilə cavab matçında öz oyunu ilə finala layiq olduğunu göstərdi. Bu qələbədə
azarkeşlərin də böyük rolu oldu. Onlar komandalarına həmişə olduğu kimi möhtəşəm
dəstək verdilər.
- "Qarabağ" - "Neftçi" oyununu
necə dəyərləndirərdiniz?
-
"Qarabağ" - "Neftçi" oyunu da gərgin, maraqlı alındı. Məncə,
bu oyunun qırılma nöqtəsi ilk hissənin sonunda - "Neftçi"nin hesabı bərabərləşdirdiyi
epizod oldu. Əgər, "Neftçi" hesabı erkən bərabərləşdirə bilməsəydi, nəticə
başqa cür də ola bilərdi. Amma "Neftçi"nin qol buraxdıqdan dərhal
sonra buna cavab verməsi komandanı finala daşıdı. Çünki ikinci 45 dəqiqədə
"Qarabağ"ın "Neftçi" kimi güclü rəqibə 2 qol vurması çətin
məsələ idi. İkinci yarıda "Neftçi" rahat şəkildə mübarizə apardı və
ikinci qolunu vurdu.
- Aydın məsələdir ki, final oyunlarında favorit
olmur. Siz necə düşünürsünüz, həlledici qarşılaşma öncəsi hansısa komandanın
üstünlüyü var?
- Fikrinizlə
tam razıyam. Final görüşlərində favorit olmur. Həlledici qarşılaşma 1 matçdan
ibarətdir. Kim finala daha yaxşı hazırlaşsa, psixoloji durumu qaydasında olsa,
həmin komanda da sonda kuboku qazanacaq.
- Heyətlərə görə üstünlüyü hansı komandaya verərdiniz?
- Bəllidir
ki, heyətinə görə "Neftçi" üstündür. Komandanın oturuşmuş heyəti var.
Amma bu məqama görə "Neftçi"nin favorit olduğunu söyləmək düzgün
deyil. Bayaq da dediyim kimi, finalda favorit olmur. 1 oyundur və həmin matçı
qazanmaq üçün komandalar bütün güclərini meydanda qoyacaqlar.
- Mayın 1-də ümummilli lider Heydər Əliyevin anadan
olmasının 90 illik yubileyinə həsr olunmuş veteran futbolçular arasında beynəlxalq
yoldaşlıq oyunu keçiriləcək. Həmin matça dəvət almısnız?
- Bəli,
almışam. Oqtay Abdullayev mənə dəvət göndərib. Həmin gün bizim veteranların baş
məşqçisi olacağam.
- Aprelin 30-da Azərbaycanın ulduz futbolçuları ilə
"Atletiko" arasında da yoxlama görüşü keçiriləcək. Həmin matçda azərbaycanlı
futbolçuları meydana hansı baş məşqçinin çıxaracağı hələlik bəlli deyil. Belə
bir təkliflə sizə müraciət edən olub?
- Yox,
bu haqda mənə bir söz deyən olmayıb. Həm də mən eşitmişdim ki,
"Atletiko" ilə "Bakı" qarşılaşacaq. İspanlarla
"Bakı"nın yox, yerli futbolçulardan qurulmuş komandanın oynayacağını
ilk dəfə sizdən eşidirəm.
- Son vaxtlar adınız "Qəbələ" ilə yanaşı
hallansa da, keçən dəfə bu komandadan təklif almadığınızı demişdiniz. Bu məsələdə
hansısa yenilik varmı?
- Yox,
heç bir yenilik yoxdu. Mən də elə mətbuatdan oxuyurdum bu xəbərləri. "Qəbələ"dən
heç kim mənimlə əlaqə saxlamayıb. Ümumiyyətlə, təkcə "Qəbələ"dən yox,
heç bir klubdan təklif almamışam.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |