"Xəzər Lənkəran" üçün 5-ci final

26.04.2013 | 4947 dəfə oxunub

“Bakı” ilə Azərbaycan kubokunun yarımfinal matçının cavab oyununda 2:0 hesabı ilə qalib gələn “Xəzər Lənkəran” 1 mövsümlük fasilədən sonra yenidən bu yarışın finalına vəsiqə qazandı. Stadium.az xəbər verir ki, 9 illik tarixində 5-ci dəfə buna nail olan “ağ-yaşıllar” 2 dəfə 1/4, 2 dəfə də 1/2 finalda mübarizəni dayandırıb.
 
İlk 2 mövsümündə finalın 1 addımlığında büdrəyən komanda sonradan “2 final, 1 ¼ final” ardıcıllığına əməl edir. 2006/07 və 2007/08 mövsümlərində kuboku Lənkərana gətirən klub növbəti yarışı ¼ finalda dayandırdı. Sonradan yenə 2 il ardıcıl final oynayan Lənkəran təmsilçisi ötən mövsüm ¼ finalda çıxışını başa vurdu.
 
1/4 finalda mübarizəni dayandırdıqdan sonra yenidən finala yüksələn “ağ-yaşıllar” əvvəlki 4 finaldan 3-də qalib gəlib. 4-cü dəfə mükafata yiyələnməyə çalışacaq komanda bütün finallarını son 7 ildə gerçəkləşdirib. Kubokun 4 qat qalibi ilə finalda görüşəcək “Xəzər Lənkəran” həmin görüşdə bu göstəricidə rəqibinə çatmaqla Azərbaycan rekordunun şəriklərindən olacaq. Belə ki, kuboka hamıdan çox – “Neftçi” ilə “Kəpəz” hərəyə 4 dəfə yiyələnib.
 
 
2004/051/2 final
2005/061/2 final
2006/07"Xəzər Lənkəran" - "MKT - Araz" (İmişli) - 1:0
2007/08"Xəzər Lənkəran" - "İnter" (Bakı) - 2:0 əlavə vaxtda
2008/091/4 final
2009/10"Bakı" - "Xəzər Lənkəran" - 2:1 əlavə vaxtda
2010/11"Xəzər Lənkəran" - "İnter" (Bakı) - 1:1, pen. 4:2
2011/121/4 final
2012/13"Xəzər Lənkəran" - "Neftçi" (Bakı)
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail