Hakan Şükür: "Bu gün ölkənizdə futbola böyük məbləğdə sərmayə yatırılır"
“Veteranlar arasındakı oyunun təşkilatçılarına təşəkkür edirəm. Futbol ölkənizdə çox sevilir. Üstəlik, futbola dövlət səviyyəsində edilən qayğını vurğulamalıyıq”. Stadium.az xəbər verir ki, bu sözləri Türkiyə futbolunun canlı əfsanəsi Hakan Şükür deyib.
Hakan Şükür bu gün azərbaycanlı jurnalistlər üçün brifinq keçirib.
“Qalatasaray”ın sabiq hücumçusu bu axşam “Bayıl Arena”da azərbaycanlı
veteranlarla yoldaşlıq görüşündə meydana çıxacaq.
O, Bakıya səfərinin ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı
olduğunu bildirib: “Onun məzarını ziyarət etdik, dualarımızı etdik. Hazırkı ölkə
başçısı İlham Əliyev də öz diqqət və qayğısını əsirgəmir. Gördüyü işlərlə əlaqədar
onu da təbrik edirəm. Bu gün ölkənizdə futbola böyük məbləğdə sərmayə
yatırılır. Uşaqların futbola cəlb edilməsi, onlar üçün bu cür şəraitin
yaradılması çox vacibdir”.
Bu gün start verilən yeni layihə haqda da fikirlərini bölüşən Şükür məhəllə
futbolu çox vacib olduğunu bildirib: “Biz də ilk addımlarımızı küçə futbolunda
atdıq, daha sonra peşəkar komandalara cəlb edildik. Burdakı uşaqlar gələcəkdə məşhur
simalardan olacaq və ölkənizə fayda verəcəklər. Azərbaycan “Avroviziya” mahnı
müsabiqəsinə ev sahibliyi etdi. Çox mükəmməl təşkilatçılıqla yadda qaldı və
bütün dünyaya önəmli insan yetişdirə biləcəyini sübut etdi. Buranı öz ölkəmiz,
məmləkətimiz kimi görürük”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |