Azərbaycan UEFA reytinqində 31-ci oldu

14.05.2013 | 3554 dəfə oxunub

UEFA-ya üzv ölkələrin “Fair Play” reytinqinin yekun cədvəli açıqlanıb. Stadium.az xəbər verir ki, cədvəldə 2012-ci il mayın 1-dən 2013-cü il aprelin 30-dək olan müddəti əhatə edən dövrdə klub və yığmalar səviyyəsində keçirilmiş 1712 oyun nəzərə alınıb.

Reytinq siyahısına Skandinaviya təmsilçiləri başçılıq edirlər. İlk pillədə İsveç qərarlaşıb. Bu ölkənin komandaları 97 oyuna əssən 8,299 xal toplayıb. 92 oyun keçirən Norveç komandaları 8,288, cəmi 66 matça çıxan Finlandiya təmsilçiləri 8,227 xala malikdir. Qitə miqyaslı klub turnirlərinin Əsasnaməsinə görə, “Fair Play” reytinqində ilk 3 yeri tutan milli assosiasiyalar Avropa Liqasında hərəyə bir əlavə yer alırlar.

Azərbaycan 53 ölkə arasında 31-ci yerdədir. Bu müddətdə 49 oyun keçirmiş komandalarımız ölkəmizin aktivinə 7,725 xal yazdırıblar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail