"Rəvan” "Xəzər Lənkəran”la oyunun hazırlıqlarına başladı

16.05.2013 | 4708 dəfə oxunub

Premyer Liqanın sonuncu - 32-ci turu çərçivəsində "Xəzər Lənkəran”la səfərdə görüşəcək "Rəvan” bu oyuna hazırlığa başlayıb. Stadium.az xəbər verir ki, "Rəvan" 1 günlük istirahətdən sonra bu gün axşam keçirilən məşqlə hazırlığa start verib.
"Bayıl stadionu”nda baş tutan və təxminən 1,5 saat davam edən məşq bərpaedici xarakterli olub. Baş məşqçi Ramil Əliyev yetirmələrini çox da yükləməyib. Əsasən toplu çalışmalar üzərində qurulan məşqdə komandanın kapitanı iştirak etməyib. Belə ki, AZAL ilə oyunda rəqibin 4-cü qolu vurduğu epizodda ağır zədə alan Tural Axundovda ayaq biləyinin bağları xəsarət alıb. Başqa sözlə, Tural üçün mövsüm artıq bitib.
Eyni sözləri son oyunda qırmızı vərəqə alaraq meydandan qovulan Nikloay Orlovski və matçın lap əvvəlində qarşısında sarı vərəqə görməklə cəzalı duruma düşən Şəhriyar Rəhimov haqda da söyləmək olar. Bütün bunlar azmış kimi, Tofiq Mikayılovun da zədəli olması baş məşqçini qayğılandırır. Aprel ayında Premyer Liqada vurulmuş ən gözəl qollardan birin(cisin)in müəllifi olan "22” nömrə bugünkü məşqdə fərdi qaydada hazırlaşdı. Onun Lənkəranda oynayıb-oynamayacağı sual altındadır. Əvəzində Xuan Manuel Varea cəzasını başa vurub və "cənublular”la oyunda forma geyə biləcək.
Qeyd edək ki, mayın 20-də Lənkəran şəhər stadionunda keçiriləcək "Xəzər Lənkəran” - "Rəvan” oyunu saat 19:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail