"Bakı" Polşa çempionuna da uduzdu

17.05.2013 | 3931 dəfə oxunub

Çimərlik futolu üzrə Avropa kubokunun ikinci turunda Polşa çempionu "Qrembax"la qarşılaşan "Bakı" gərgin mübarizə nəticəsində məğlubiyyətlə barışmalı oldu. Stadium.az xəbər verir ki, bu oyunda yalnız qələbə Azərbaycan çempionunun növbəti mərhəlyə yüksəmək şanslarını qoruyub saxlaya bilərdi.
Bu səbəbdən komandamız ilk dəqiqələrdən hücuma diqqət ayıraraq qələbə üçün oynadığını nümayiş etdirdi. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda təcrübəli Polşa komandası yaranan imkanlardan maksimum istifadə edərək, iki dəfə fərqlənməyə imkan tapdı. Hesabda geri qalan komandamız ruhdan düşməyərək, hücumlarını davam etdirdi.
Belə hücumların birində Ramil Əliyev gözəl qol vuraraq, hesab arasındakı fərqi minimuma endirdi. Təəssüf ki, komandamız bundan artığına nail ola bilmədi. Rəqib tam heyətlə müdafiəyə çəkilərək, qələbə hesabını qorumağı bacardı.
İkinci oyun günü "Qrombax"a məğlub olan "Bakı" 1/4 finala yüksəlmək şanslarını itirdi. Komandamız yer aldığı E qrupundan növbəti mərhələyə hərəyə iki qələbə qazanan "Terraçina" və "Qrembax" yüksəldilər.
Sonuncu, formal xarakter daşıyan 3-cü turda "Bakı"nın rəqibi Latviyanın "Kreiss" klubu olacaq.

Günün nəticələri:
Qrembax (Polşa) 2:1Bakı (Azərbaycan)
Terraçina (İtaliya) 7:3 Kreiss (Latviya)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail