Rəşad Sadiqov: "Çempionluq kimi kubok da bizim üçün önəmlidir"

27.05.2013 | 3667 dəfə oxunub

Oyunöncəsi mətbuat konfransında "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyevlə yanaşı komandanın kapitanı Rəşad Sadiqov və Erik Ramos da iştirak ediblər. Stadium.az xəbər verir ki, Rəşad Sadiqov sabah qələbə üçün meydana çıxacaqlarını bildirib: "Çempionluq kimi kubok da bizim üçün önəmlidir. Sabah növbəti uğurumuzu qazanmaq istəyirik. Peşəkarıq və oyunun əhəmiyyətini başa düşürük. Çempionatla kubok fərqli turnirdir. Ancaq biz hər ikisində qələbəni qarşımıza məqsəd qoymuşuq. Çempionatda buna nail olduq. İndi kubokun qalibi olmaq istəyirik. Çalışacağıq ki, burada da şansı əldən verməyək. Buna da nail olsaq, növbəti mövsümün startı öncəsi yaxşı motivasiya olunacağıq”. 

Paraqvaylı futbolçu Erik Ramos "Qızıl dubl" haqda düşündüklərini bildirib: "Kubokun finalında oynamaq yaxşı motivasiyadır. Biz artıq çempion olmuşuq və kuboku da qazanmaq imkanımız var. Buna nail olsaq, “qızıl dubl” etmiş olacağıq. Bu, gözəl motivasiyadır. “Xəzər Lənkəran”la oynamaq isə ayrıca bir motivasiyadır. Mövsümü “qızıl dubl”la baş vursaq, bu, bizim üçün avrokuboklar öncəsi yaxşı bir başlanğıc olacaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail