"Azərbaycanda həmişə yaxşı hücumçular olub"

29.05.2013 | 4714 dəfə oxunub

"Qəbələ"də işləmək mənə çətin olmayacaq. Komandanın yaxşı şəraiti, stadionu var. Məncə, hər şey asan və normal olacaq". Stadium.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin yeni çalışdırıcısı Yuri Syomin deyib.

Yeni köməkçilərinin Sənan Qurbanov, Vüqar Məmmədov və Andrey Syomin olacağını bildirən tanınmış mütəxəssis Azərbaycan klubları haqda fikirlərini belə açıqlayıb: "Azərbaycanda çox güclü komandalar var. Bu baxımdan “İnter”, “Qarabağ”, “Xəzər Lənkəran”, “Neftçi”nin adını çəkə bilərəmş. Güclü mübarizə gedəcək. Biz də çalaşacağıq ki, bu mübarizədə yaxşı oyun göstərək".

Syomin Andrey Arşavinin "Qəbələ"yə mümkün keçidini belə şərh edib: "Arşavinlə bağlı bir şey bilmirəm. Əlbəttə, bizə güclü futbolçular lazım olacaq. Dəyişikliklər edəcəyik. İndi konkret söz deyə bilmərəm. “Lokomotiv”də işləyəndə gənc futbolçulara üstünlük verirdik. İndi də “Qəbələ” Futbol Akademiyasının futbolçularından yararlanmağa çalışacağıq. Həmişə Azərbaycanda yaxşı hücumçular olub: Banişevski, Nazim Süleymanov. İndi də istedadlı futbolçular var. Çalışacağıq ki, bu futbolçulardan istifadə edək".

"Qəbələ"də uğur qazanmaq istədiyini bildirən Syomin Rusiya mətbuatından da gileylənib: "Lokomotiv"dən təklif gözlədiyim düzgün informasiya deyil. Bunu Rusiya mətbuatı yazırdı. Onlar nə gəldi yazırlar".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail