"Barselona"nın baş məşqçisi: "Qəbələdə gördüklərim məni yaxşı mənada təəccübləndirdi" VİDEO

31.05.2013 | 3732 dəfə oxunub

II Qəbələ kubokunun 1/2 final mərhələsi çərçivəsində keçirilən “Portu” - “Barselona” oyunundan sonra İspaniya təmsilçisinin baş məşqçisi Fransesk Artiqa brifinq keçirib. Stadium.az xəbər verir ki, kataloniyalı çalışdırıcı ilk öncə oyun haqda danışıb: “Deyə bilərəm ki, oyunun birinci hissəsi keçirdiyimiz digər oyunlar arasında ən yaxşı çıxış etdiyimi ilk yarı idi. Linin bir-iki qol epizodu vardı ki, ondan yararlana bilmədi. Oyunun demək olar ki, nəzarəti bizim əlimizdə idi. İkinci hissə eyni şəkildə başladı. Amma müdafiədə etdiyimiz səhvə görə ilk qolu buraxdıq. Hesabda geri düşdükdən sonra bizim üçün çətin oldu. İstədiyimiz kimi oyun da alınmadı. Bundan sonra etdiyimiz dəyişikliklər də öz bəhrəsini vermədi. Futbolda sonacan mübarizə aparmaq lazımdır. Rəqibimizi də təbrik edirəm. Çünki biz əlimizə düşən şanslardan yararlana bilsək də, onlar bundan istifadə edə bildi”.

Turnirin gedişinə toxunan Artiqa təşkilatçılığın yüksək səviyyədə olduğunu söyləyib: “Məni burda gördüklərim müsbət mənada təəccübləndirdi. İştirakçı komandaların səviyyəsi çox yüksəkdir. Deyə bilərəm ki, turnirin təşkilatçılığı çox gözəldir. Hakimlərin səviyyəsini də bəyənirəm. Heç bir oyunda hakimliyin səhvi rol oynamayıb”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail