Güloğlan Cabbarov: "Bu söyüşə kim dözə bilərdi?"

05.06.2013 | 22136 dəfə oxunub

Mayın 28-də keçirilən Azərbaycan kubokunun final oyununun ardından yaşananlar hələ də müzakirə mövzusu olaraq qalır. Baş verən dava-dalaşlarda iştirak edən "Neftçi"nin keçmiş rəisi Güloğlan Cabbarov bu hadisələr barədə ilk dəfə "Stadium.az" saytnda danışdı. Söhbətimiz də elə olayların əvvəlindən başladı. 

- Kubokun sahibi olduqdan sonra hamı sevinirdi. Düzdü, üç ildi çempion oluruq, amma kuboku qazanmağın ayrıca bir sevinci vardı. Kuboku görməmişdim, istəyirdim bunu da qazanaq. İnanın ki, həqiqətən həyacanlı idim. Bütün əsəb və gərginliklər üst-üstə düşürdü. Bütün bunlar bir yana, bu arada Con Toşak bizə tərəf gələrək başladı qapıçı Saşaya barmaq silkələməyə. Saşa da ona hörmətlə bildirdi ki, bunlar lazım deyil, hətta gedin Toşakın əlini də sıxdı. Bunlar da kameralara çox yaxşıca düşüb. Futbolun özü hiyləgərliyin üstündə qurulub. Kimin hiyləsi baş tutsa, o da qalib gələcək. Hamı istəyər qalib gəlsin, Saşa da hiyləgərliyin işə salıb rəqib oyunçuya psixoloji cəhətdən təsir etdi, bu da öz bəhrəsin verdi. Bunu Toşak yox, oyunun baş hakimi qiymətləndirməliydi ki, o da etmədi. Bütün hər şey yoluna düşmüşdü, əgər Todorov olmasaydı. Radomir bizə yaxınlaşdı və başladi Saşa Stamenkoviçin ünvanına ana söyüşü söyməyə. Mənlə "Neftçi"nin təhlükəsizlik xidmətinin rəhbəri Vaqif müəllim buna müdaxilə etdik, onu sakitləşdirməyə çalışdıq. Biz onu arxaya itələdik ki, söyüş söyməsin, çıxıb getsin. O isə bunu görüb başladı bizə də söyməyə, yəni kluba və rəhbərliyə, hər kəsə. Yəni bayaq işlətdiyim söyüş ifadələrini hamımıza ünvanladı. Bəlkə də, o elə bilirdi biz bunu başa düşməyəcəyik. Canımızda, qanımızada Azərbaycan təbiəti, qeyrəti var, bu söyüşə kim dözə bilərdi?! Özümü saxlaya bilmədim və Radomiri vurdum. Bu anda kimsə məni vurdu, bir anlıq özümü itirdim. Üzümü bu tərə çevirəndə qarşımda məhz Kamranı gördüm və o da mənim üstümə qaçırdı, ona yumruq atdım. Məni kimsə vurdu və önümdə Kamranı gördüm, məhz məni vuranın o olduğunu anlayaraq ona yumruq atdım. Allah şahiddi, bunu onun özündən də soruşa bilərsiz ki, yumruq Kamrana xəsarət yetirəcək dərəcədə dəymədi. Çünki o da sifətini qaçırdır. Bundan sonra araya "Xəzər Lənkəran"ın qapıçısı girdi və məni sakitləşdirdi. Ardınca isə aləm qarışdı. Mən birdə özümü o anda Kamrana yetişdirdim ki, o ayaqlar altındadır və üzü ciddi xəsarət alıb. Yenə deyirəm, bu, kameralar tərəfindən də çox yaxşıca lentə alınıb. O anda özümü Kamranın üstünə ataraq onu yerdən qaldırmağa, müdafiə etməyə başladım. Oyundan sonra da Kamrana yaxınlaşdım və dedim ki, məni böyürdən kimsə vurdu, elə bildim o olub. Özüdə mənə söylədi ki, aramızda inciklik yoxdu. Yenə deyirəm, Kamran özümüzünküdür, hadisələrin bu cür olmasına, onun məhz belə xəsarət almasına, yaşananlara  görə Kamrandan dəfələrlə üzr istəyirəm. Kamran bizim balaca qardaşımızdır. Biz onu müdafiə etməliyik, arxa olmalıyıq ki, qabağa getsin. Mən hələ də üzülürəm ki, belə hadisələr yaşandı. Ona qarşı edilənlər düzgün hərəkət deyildi və bir daha ondan üzr istəyirəm. Amma Radomir Todorova qarşı etdiyim hərəkətə görə heç vaxt üzr istəməyəcəm və o olay bir daha təkrar olsa, yenə də onun cavabını necə lazımdı verərdim. Əgər bu futbolçu mənim rəhbərliyim altında olsaydı, ona cəza verərdim. Buna Böyükağa Hacıyevi məsəl gətirə bilərəm. Razində "Xəzər Lənkəran"ı 2:1 hesablı udduğumuz oyunda mən burda olmamışdım. O oyunda o vaxt komandada köməkçi məşqçi işləyən Zaur Ramazanovla bizim baş məşqçimiz Böyükağa Hacıyev arasında insident yaşanmışdı və rəhbərlik mənə bildirdi ki, Hacıyev ağsaqqal kişidi, Zaur onu təhqir edib. Bakıya qayıtdıqdan sonra hadisəni araşdırdım, hər iki tərəfi dinlədim, gördüm ki, səhv Böyükağa müəllimdə olub. Buna görə də, klubda onunla bağlı tədbir görüldü. Birinci olaraq hər kəs öz futbolçusuna sahib çıxmalıdır və onun da hərəkətlərinə cavabdeh olmalıdır. Todorova heç kəs ixtiyar vermir ki, gəlib burada hamını söysün, təhqir etsin. Todorovdan heç vaxt üzr istəmərəm, çünki bizi təhqir edib. Onun ölkəsində bu söyüşlərə adi baxa bilərlər, amma bizim ölkədə buna görə qan düşür, insanın başına gəlməyəcək şeyləri başına gətirirlər. İnanıram ki, "Xəzər Lənkəran" rəhbərliyi futbolçularına bunların bir daha  yaşanmayacağı barədə təlimat verəcək.

Mən hazırda Azərbaycan Kik Boks federasiyasının vitse-prezidentiyəm.  Hər il keçirilən yarəşlara azı min idmançı çıxarıram və yarışlarda hakim kimi də çıxış edirəm. Özünüz də bilirsiz, döyüş növləri daha ağırdı, insan son dərəcə səbrli olmalıdır. Bundan bir nəticə də çıxarda nilərsiz ki, orada söyüş olmasaydı, bu hadisə də heç vaxt yaşanmazdı.

- Bəs bu olaydan dərhal sonra niyə istefa verdiz?

- Özüm-özümə fikirləşdim və utandım. Mən klub rəhbərliyindəyəm, orada olmamalıydım. Çünki klub rəhbərliyinə yaraşmayan hərəkət etdim. Ora getməməliydim, bunlar da yaşanmamalıydı. Bunu düşünərək istefa verdim.

- Amma danışılanlara inansaq, kənar qüvvələrin təsiri nəticəsində "Neftçi"dən getmisiz...

- Burada kənar qüvvələrdən söhbət gedə bilməz, varsa çıxsın ortaya. Biz klubun uğurları, Azərbaycan idmanının gələcəyi üçün burdayıq. Yetərincə də böyük nəticələr vermişik. 3 ildə 3 çemponluq, ölkə kuboku, Avropa Liqasının qrup mərhələsi. Bunlar Azərbaycan futbolu üçün çox böyük uğur və ilk tarixdir. Bunu biz etdik, qarşılığında nə pul sahibi olduq, nə də imkan. Kimlərinsə pulun yemədik, bax bu insanlardır ki, indi ortalıqda quyruq bulayırlar. Kimlərsə hər il futboldan milyonlar qazanır, amma biz həmişə futbolun, idmanın arxasında olduq.

Ötən mövsümün əvvəlində söz verdim ki, Avroliqanın qrup mərhələsinə düşəcəyik. Amma çoxları mənə gülürdü, hətta bir çoxları müsahibəyə şərh yazırdılar ki, "sənin başın nədən çıxır, sən nə bilirsən futbol nədir". Amma təlim-məşq toplanışlarında gücümüzü, canımızı ortaya qoyub uşaqları inandırdıq ki, bunu bacara bilərlər. Təəssüflər olsun ki, sonu belə bitdi.

- Sizdən şikayət var və polis araşdırma parır. Polislə vəziyyət nə yerdədir?

- Belə hallar az baş vermir, bütün ölkələrdə yaşanır. Futbolda olan bir şeydir və  mən də klub rəsmisi olaraq bu hadisələrə qoşulmuşam. Heç kəs mənə cəza vermədən özüm özümə cəza verərək istefa verdim. Üzümü tuturam "Xəzər Lənkəran" və AFFA rəhbərliyinə, inanıram ki, bir daha belə hallar yaşanmayacaq. Nəzərə alın ki, bu futboldur, həmişə aqressiya olur. Bu gün Güloğlan Cabbarov yoxdur, sabah Əli Əliyev, Pirvəliyev olacaq və bunlar yenə yaşanacaq. Heç kim qarant ola bilməz ki, bunlar bir daha yaşanmayacaq. Polisdən çağırdılar, getdim və olanlat barədə ifadəmi verdim.

- Yenidən "Neftçi"yə qayıdışınız mümkündürmü?

- Həqiqətən yorulmuşdum, bundan daha əvvəl Sadıq Sadıqovdan da xahiş etmişdim ki, klubda mənə başqa iş versin, məsuliyyətim biraz azalsın. Klubda milyonlar qazanıb heç bir uğur əldə etmədən gecə rahat yatan insanları mən başa düşə bilmirəm, amma mənim üçün çox çətin idi. Qardaşlı, yoldaşlıq xatirinə bu klba gəldim və pulsuz-parasız çalışdım. Klub rəhbərinin dediyi bir kəlməyə bura gəldim. Bir ay əvvəl də Sadıq Sadıqova yaxınlaşdım və dedim ki, klubdan getmək istəyirəm, yorulmuşam. O isə buna icazə vermədi. Bunu özündən də soruşa bilərsiz.

- "Xəzər Lənkəran" azarkeşləri sizi düşmən gözündə görür, amma bildiyim qədəriylə Ağabala Ramazonvu məhz siz pulsuz olaraq bu komandaya göndərmisiz...

- "Xəzər Lənkəran" onu istəyirdi, "Neftçi" isə buna görə bonservis istəyirdi. Mənim o klubla düşmənçiliyim olsaydı, bir qəpik almadan Ağabalanın "Xəzər Lənkəran"a keçməsi üçün klub rəhbərliyimizi razı salmazdım. Çempionatda bizdən başqa olan 11 klub mənə yalnız meydanda rəqib ola bilər, oyun qurtarandan sonra isə hamısı qardaşımızdır.  Düşmənimiz deyillər ki, hamısı özümüzünkülərdir.

- Başqa deyiləcək bir sözünüz varmı?

 - Xahişim bütün tərəflərdə odur ki, bunu böyütməyə ehtiyac yoxdur. Azarkeş kütləsin qaza gətirmək lazım deyil. Əgər bu dava-dalaşlar, olaylar mənlə bitəcəksə, canları rahat olsun, mən getdim. Və bir şeyi unutmasınlar ki, biz qalib gələn komandaydıq, dava salmaq bizim nəyimizə lazım idi? Onsuz da, biz qalib gəlmişdik.

Vüsal BƏBİRLİ



  #2   Adınız: qasim;   E-mail: [email protected]

09.06.2013 19:03

Epael,Ibrahim Karqo,Elvin Eliyev ,Kamal budur sizin cempionluqunuz.

  #1   Adınız: Natiq;   E-mail: [email protected]

05.06.2013 23:33

Düşmənimiz deyillər ki, hamısı özümüzünkülərdir...
Bu sizin bu gün dediyinizdir, ancaq 28 mayda bu gözəl bayram
günündə təkcə Azərbaycanın deyil bütün dünyanın gözü önündə
qəddarcasına özümüzkülərə qənim kəsilmək bu qədər nifrətlə
mühafizəçilərdən tutmuş operatora kimi şiddətli düşmənçiliyi
haradan gətirmisiniz??? Bu hadisədə iştirak edənlərdə əgər
azərbaycanlı qanı varsa bu sualı özünə versin.

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail