Fariz Nəcəfov: “Qəbələ” onunla çox uğura nail ola bilər" Müsahibə

05.06.2013 | 7568 dəfə oxunub

“Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov Rusiyanın İTAR-TASS agentliyinə müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:

- Niyə məhz Syomini seçdiniz?

- İndiyədək bizim komandanı əsasən təcrübəsiz məşqçilər çalışdırıb. Ona görə də yaranmış bu durumu dəyişmək qərarına gəldik. Əlbəttə, Syomin yeganə namizəd deyildi. Biz avropalı məşqçilərlə də danışıqlar aparırdıq. Amma yekunda onun üzərində dayandıq. Onun böyük təcrübəyə malik olması məlumdur. Bundan başqa, Syomin bizim regiona da yaxşı bələddir. Hesab edirəm ki, bizi birləşdirən  ümumi çox şey vardı.

- Avropalı mütəxəssislər kimlər idi?

- Onlar adlarının açıqlanmamasını xahiş ediblər.

- Heç olmasa, məşhur məşqçililər idi?

- Əlbəttə.

- Bəzi mütəxəssislərin fikrincə, Syominin məşqçilik potensialı tükənib.

- Bununla qətiyyən razi deyiləm. İlk görüşdəcə başa düşdüm ki, o işləmək və “döyüş”ə atılmaq istəyir. “Qəbələ” onunla çox uğura nail ola bilər.

- Syomin istədiyi bütün transferləri həyata keçirə biləcək?

- Təbii ki, biz bununla bağlı əvvəl məsləhətləşəcəyik. Amma onu deyə bilərəm ki, “Qəbələ” Syominə istədiyi kollektivi formalaşdırmaq imkanı yaradıb. Klub rəhbərliyi Syominə öz şərtlərini diqtə etməyəcək. Bu, yüz faizdir.

- Məlumat yayılıb ki, “Qəbələ” “Lokomotiv”dən Dmitri Loskovu icarəyə götürmək istəyir.

- Bu haqda xəbərləri Rusiya mətbuatında oxumuşam. Amma bununla bağlı heç bir danışıq aparmamışıq.

- Bəs, “Qəbələ”də “Lokomotiv”də oynayan və oynamış futbolçuları görə biləcəyik?

- Niyə də yox?! Amma hələ ki, Syomin bununla bağlı bizə təklif verməyib.

- “Qəbələ”nin heyəti çox dəyişəcək?

- Biz iki azərbaycanlı futbolçu almışıq. Bundan başqa, son mövsümü Bakı “İnter”ində oynayan seneqallı İbrahima Nyasseni transfer etmişik. Hazırda bir legionerlə də danışıqlar gedir. İstədiyimiz heyəti qurmaq üçün bizə hələ üç-dörd futbolçu da lazımdır.

- “Qəbələ”nin növbəti mövsüm üçün məqsədi nədir?

- Minimum vəzifə avrokuboklara düşmək, maksimum hədəfimiz isə Azərbaycan çempionu və kuboku qazanmaqdır.

- Əgər “Qəbələ” avrokuboklardan kənarda qalsa, Syomin komandanı tərk edəcək?

- Bu haqda son qərarı klubumuzun prezidenti verəcək. Amma mən əminəm ki, Syominin rəhbərliyi altında komandamız qarşısına qoyulan məqsədə nail olacaq.

- Syomin məşqlərə nə vaxt başlayacaq?

- İyunun 20-də o, Azərbaycana qayıdacaq. İlk hazırlıq prosesi iyunun 25-də Qəbələdə başlayacaq. Sonra biz Türkiyəyə gedəcəyik. Bundan başqa, Avstriya və ya Almaniyada da təlim-məşq toplanışımız nəzərdə tutulub.

- Syomin “Qəbələ”də yaşayacaq?

- Əlbəttə. Axı, o, baş məşqçi kimi daim komandasının yanında olmalıdır.

- Şəhər onun xoşuna gəlib?

- Çox. Çünki Qəbələ kurort şəhəridir. Bazamızı da bəyəndi. Ən çox isə meydançanın keyfiyyətindən razı qaldı.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail