"Syominin "Qəbələ"ni ilk "üçlüy"ə daşıması da uğur hesab olunacaq"

13.06.2013 | 4803 dəfə oxunub

"Qəbələ"nin yeni baş məşqçisi Yuri Syominin meneceri Dmitri Selyuk müştərisinin ölkəmizdəki perspektivi haqda danışıb. Stadium.az xəbər verir ki, rusiyalı menecer "Qəbələ"ni "Rostov" və "Krılya Sovetov"la müqayisə edib: "İndi çoxları deyir ki, "Qəbələ"ni heç kim tanımır, eləcə də Azərbaycan çempionatı praktiki olaraq inkişaf etməyib. Amma ölkəyə Syomin və Toşak kimi məşqçilərin dəvəti çempionatın səvəyyəsini artırır. Əminəm ki, gələcəkdə Rusiyadan futbolçular Azərbaycana böyük həvəslə yollanacaqlar. "Qəbələ"nin imkanlarını "Rostov" və "Krılya Sovetov"la müqayisə etmək olar. Çox istərdim ki, Yuri Pavloviç növbəti dəfə çempion olub, bir daha Postsovet məkanında ən yaxşı məşqçilərdən biri olduğunu sübuta yetirsin. İndi "Qəbələ"nin qarşısında avrokuboklara yüksəlmək vəzifəsi qoyulub. İndiki heyətdən böyük uğur tələb etmək düzgün olmazdı. Syomin indi yeni komanda formalaşdırmağa başlayıb və proses başa çatdıqdan sonra böyük qələbələr gözləyə bilərik. Amma özünüz qərar verin, əgər "Qəbələ" birinci yox, hətta altıncı yeri tutan digər Bakı komandasına 1:6 hesabı ilə uduzursa, komandanı tez bir zamanda necə dəyişmək olar? Hətta komandanın üçüncü pilləyə yüksəlməsi də uğur hesab olunacaq. Əgər, bu baş verərsə, yəqin ki ona neft quyusu hədiyyə edəcəklər, ya da onu Xəzər Dənizinin kürüsü ilə qidalandıracaqlar ki, o komandadan ayrılmasın". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail