"Simurq" Kartepede hazırlıqları davam etdirir

25.06.2013 | 4841 dəfə oxunub

Yeni mövsümə hazırlıqları Türkiyədə davam etdirən "Simurq" gündə iki dəfə olmaqla məşqlərə çıxır. Stadium.az xəbər verir ki, Kartəpədə yerləşən "Green Park" otelində məskunlaşan komandanın səhər hazırlığı əsasən topsuz keçir. Fiziki hazırlıq üzrə məşqçi Aleksandr Karakliçin rəhbərliyi altında fiziki gücün artırılmasına çalışan Georgi Çixradzenin yetirmələri axşam məşqlərini topla davam etdirir. Tam heyətlə qardaş ölkədəki təlim-məşq toplanışına start verən Zaqatala təmsilçisinin düşərgəsinə sabahdan etirbarən baxış üçün dəvət edilmiş legioner futbolçular qoşulacaq. İyunun 30-na qədər bu cür davam edəcək sarı-qaralar, daha sonra yoldaşlıq görüşlərində gücünü sınaqdan keçirəcək. Komandanın ilk rəqibi isə "Spartak - Nalçik" olacaq.

Qeyd edək ki, "Simurq" iyulun 8-də ölkəyə qayıdacaq. Bir neçə günlük istirahətdən sonra isə Zaqatala təmsilçisi hazırlığın üçüncü mərhələsi üçün iyulun 13-də Avstriyaya yola düşəcək. 27-nə qədər burada qalmağı planlaşdıran Georgi Çixradzenin yetirmələri daha dörd yoldaşlıq görüşü keçirməyi nəzərdə tutub.   



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail