Toşak: "Komandamızı qarşılaşmaya hazır sayıram"

01.07.2013 | 5258 dəfə oxunub

“UEFA-nın ilk matçın vaxtını dəyişib, 2 gün əvvələ təyin etməsi bizim üçün sürpriz oldu. Buna görə planlarımızda dəyişiklik edildi”. Stadium.az xəbər verir ki, bunu “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak deyib. @Ağ-yaşıllar”ın çalışdırıcısı Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində “Slima” ilə oyunöncəsi mətbuat konfransı keçirib.

Yerli media nümayəndələrinin də qatıldığı tədbirdə ingiliscə danışmağa üstünlük verən uelsli çalışdırıcı komandasının qarşılaşmaya hazır olduğunu bildirib: “Malta yaxşı yadımdadır. Əvvəllər burda olmuşam. O vaxt “Slima”ya iki oyunda 17 qol vurmuşduq ki, bu da avrokuboklarda rekord sayılır. Komandamızı qarşılaşmaya hazır sayıram. Amma bizim favorit olmağımızla bağlı səslənən fikirlərlə razı deyiləm. Hazırlaşmaq üçün kifayət qədər vaxtımız olmadı. Bu səbəbdən “Slima” ilə eyni vəziyyətdəyik. Futbolda çətinliklər olur. Rəqibə hörmətlə yanaşıram. Malta klublarının tarixi var”.

Toşak daha sonra bildirib ki, komandanı daha da gücləndirmək fikrindədir: “Komandada müəyyən dəyişikliklər edildi. Fikrimcə, bu dəyişikliklər uğurlu oldu. Komandanı daha da gücləndirmək fikrindəyik. Qrupa düşməyə çalışacağıq. Buna nail olsaq, çox sevinərik. Amma bizə çətin olacaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail