Con Toşak: "İlk yarıda 4-5 qol imkanımız oldu"

11.07.2013 | 3821 dəfə oxunub

"Xəzər Lənkəran"ın baş məşqçisi Con Benjamin Toşak "Slima"ya qarşı baş tutan oyunu şərh edib. Stadium.az xəbər verir ki, uelsli mütəxəssis matçın çətin keçdiyini bildirib: "Rəqib bu gün çox çalışdı. Xüsusilə, ilk yarıda 4-5 qol imkanımız oldu. 1:0 göstərdiyimiz oyuna görə deyildi. Mövsümün əvvəli olduğundan futbolçulara çətin idi. Elnur Allahverdiyev də Maltadakı görüşdə qırmızı vərəqə almışdı. Ümumiyyətlə, son vaxtlar çox qırmızı vərəqə alırıq. Fikirləşmək lazımdı. Nəticəyə görə sevinirəm”.

Təcrübəli mütəxəssis ikinci mərhələdə qarşılaşacaqları "Makkabi" haqda da söz açıb: "Makkabi" ilə görüşdə də erkən qol vurmağa çalışacağıq. “Slima” fiziki cəhətdən hazırlıqlı idi. Amma bizdə belə deyil. İstənilən halda, ilk oyunun iki gün əvvələ çəkilməsi planlarımızı pozdu. Bir yoxlama oyununu təxirə saldı. “Makkabi” ilə qarşılaşmaya hələ 1 həftə vaxtımız var. Marinlə Abdullayevi itirsək də, Elnur Allahverdiyev oynaya biləcək. Bazar günü İsrailə gedəcəyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail