"Qarabağ", "İnter" və "Xəzər Lənkəran" potensial rəqibini tanıdı YENİLƏNİB

19.07.2013 | 5795 dəfə oxunub

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq. Stadium.az xəbər verir ki, Bakı vaxtı ilə saat 16:00-da başlayacaq tədbirdə turnirdəki hər üç təmsilçimiz - "Qarabağ", "İnter" və "Xəzər Lənkəran"ın potensial rəqibləri müəyyənləşəcək.

Bu mərhələdə “Qarabağ” və “İnter” klubları "səpələnməmişlər" səbətində yer alacaq ki, bu da təmsilçilərimizi nisbətən güclü rəqiblə üz-üzə qoyacaq. Lakin buna qədər "Qarabağ" "Piast", "İnter" isə "Tromse" səddini keçməlidir. II təsnifat mərhələsində “Makkabi” ilə qarşılaşacaq “Xəzər Lənkəran” klubu bu rəqibini keçəcəyi təqdirdə püşk zamanı "səpələnmişlər" səbətində qərarlaşacaq. Belə də Lənkəran təmsilçisi nisbətən zəif komandalara rəqib olacaq.

III təsnifat mərhələsinin oyunları iyulun 1-8 avqust tarixlərində keçiriləcək. 

“Tromse” (Norveç) / “İnter” (Azərbaycan) - “Differdanj” (Lüksemburq) / “Utrext” (Hollandiya) 
 
“Ventspils” (Latviya) / “Jeness” (Lüksemburq) - "Makkabi" (Hayfa, İsrail) / "Xəzər Lənkəran" (Azərbaycan)

“Qarabağ” (Azərbaycan) / “Piast” (Polşa) - “Anortosis” (Kipr) / "Gefle" (İsveç) 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail