"Yeni mövsümdə də iddiamızı ortaya qoyacağıq" Müsahibə

20.07.2013 | 4211 dəfə oxunub

Ötən mövsüm “Simurq”un müdafiə xəttinin dəyişilməz isimlərindən olan Dilaver Zrnanoviç müqaviləsinin müddəti başa çatdığına görə komandayla yollarını ayırmışdı. Stadium.az xəbər verir ki, ancaq məşqçilər korpusunun qərarı əsasında yenidən geri çağrılan bosniyalı futbolçu Zaqatala təmsilçisi ilə yeni müqavilə imzaladı. Klubun rəsmi saytına müsahibə verən təcrübəli müdafiəçi “sarı-qara”ların hazırlığı və “Simurq”a qayıtmağı haqqında sualları cavablandırıb.

Hazırlıq necə gedir? 

- Bir neçə gündür ki, düşərgəyə qoşulmuşam. Yeni heyət formalaşdırılır. Çoxlu gənc futbolçular transfer edilib. İnanıram ki, mən daxil olmaqla, Anderson, qapıçı Pavel, Ruslan, Polyak kimi bir neçə təcrübəli oyunçularla yanaşı, gənc futbulçularla yeni mövsümə var gücümüzlə hazırlaşacayıq. Yaxşı komanda formalaşdırıb  və hazırlaşıb, yeni mövsümdə də iddiamızı ortaya qoyacayıq. Hazırda hər şey qaydasında gedir. Gündəlik məşqlərimizi edib, mövsümün başlamasını gözləyirik.

Düşərgəyə qoşulduğun günün səhərisi “Olimpiakos”la yoldaşlıq görüşündə start heyətdə meydana çıxdın və qol vurdun. Bu barədə nə deyə bilərsən?

- Düzü həmin görüşə tam hazır deyildim. Çünki gecə gəlmişdim və komanda ilə birlikdə yalnız səhər isinmə hərəkətlərində iştirak etmişdim. Ondan əvvəlki bütün gün hava limanında olmuşdum. Bir balaca ayaqlarımda ağırlıq hiss edirdim. Ancaq buna baxmayaraq əsas heyətdə oyuna çıxdım. Rəqibimiz isə sıradan bir komanda deyildi. Sonunçu ölkə çempionudur. Yunanıstan Bosniya ilə Dünya Çempionatının seçmə qrup mərhələsində eyni qrupda olduğundan onların futbolçuları haqqında məlumatım var idi. Yığmada oynayan əksər futbolçular “Olimpiakos”un şərəfini qoruyur. Həmiçinin digər ölkələrində yığma üzvləri bu komandada oynayır. Ancaq buna baxmayaraq onlara qarşı yaxşı oynadıq. O ki qaldı qola, elə oldu ki, bəxtim gətirdi və düzgün mövqe seçmişdim. Nəticədə, qabağıma düşən topu qapıdan keçirdim.

Necə oldu ki, “Simurq”a qayıtmağa razı oldun?

- Mövsümün bitməyinə az qalmış artıq klub rəhbərliyi ilə danışıqlara başlamışdım. Həmçinin baş məşqçidə məni komandada yenidən görmək istədiyini demişdi. Həm klubun meneceri, həm də prezindentlə bu barədə söhbətimiz olmuşdu. Bəzi detallar var idi ki, onları razılaşdırmaq lazım idi. Onları qaydasına qoyduqdan sonra yenidən “Simurq”a qayıtdım. Lakin şaiyələr çıxmışdı ki, guya “Qəbələ”ylə və ya hansısa Azərbaycan klubları ilə danışıqlar aparıram. Ancaq bütün bunlara fikir vermirdim. Prinsipcə sərbəst futbolçu idim. Kimləsə müqavilə imzalasaydımda, heç kəslə danışıqlar aparmazdım. Düzü bir neçə təkliflərim də var idi. Ancaq bunlara fikir vermədim və seçimimi “Simurq”dan yana etdim. Artıq rəsmi müqaviləyə imza atmışam. Burda özümü evimdəki kimi hiss edirəm. Həm klub rəhbərliyini, həmdə məşqçilər korpusunu yaxşı tanıyıram. Dostum olan komanda yoldaşlarım burdadır. Bu baxımdanda istəyim “Simurq”da qalmaq idi və bunu etdim. Yenidən doğma komandamdayam və hazırlıqları davam etdirirəm.

Bizi qarşıda çətin mövsüm gözləyir. Bu haqda nə deyə bilərsən?

- Düşünürəm ki, hələ vaxtımız var. Fikrimcə bizə daha bir və ya iki təcrübəli futbolçu lazımdır. Həm hücum xəttini, həm də mərkəzi gücləndirməliyik. Əlbəttə, məşqçilər bunu məndən daha yaxşı bilir və onların işinə qatışa bilmərəm. Onlar məşqlərdə görürlər ki, kim daha yaxşı hazırlaşır və oynaya bilər. Düz qeyd edirsiz ki, çətin mövsüm olacaq. Ancaq biz “Olimpiakos” kimi güclü rəqiblə oyunda göstərdik ki, biz bu cür səviyyəli komandalara qarşı oynaya bilərik. Düşünürəm ki, yaxşı hazırlıq keçdikdən və yoldaşlıq görüşlərində təcrübə topladıqdan sonra heç bir rəqiblə oynamaq bizim üçün çətin olmayacaq. Hətta ola bilər ki, “Rəvan”la oyun bizim üçün ağır olsun, nəyin ki, “Neftçi” və ya “Xəzər Lənkəran”la. Fikrimcə, başdan biz oyunlara mərhələ-mərhələ hazırlaşmalıyıq. Əvvəlcə ilk rəqibimiz olacaq “Rəvan” haqqında düşünməlik. Ondan sonra isə “Xəzər Lənkaran” və digər görüşlər barəsində. Ötən mövsümdə heç kəs bizdən bu cür nəticə gözləmirdi. Bir neçə tur məğlub olmadıq. Bir müddət ilk pilləni heç kəsə vermədik. Ancaq düzü sonda göstərdiyimiz nəticədən razı qalmadım. Bu gün biz Avropa yarışlarında oynamalı idik. Lakin idman şansı bizdən yana olmadı.

İstirahətini necə keçirdin?

- Mövsüm başa çatan kimi ölkəmə qayıtdım. Çünki çox darıxmışdım. Bir müddət orda qaldıqdan sonra Avstriyaya gəldim. Qız dostumla dəniz kənarına getdik. Yaxşı istirahət etdikdən sonra yenidən Bosniyaya getdim. Qardaşımın toyunda iştirak etdim. Bir neçə gündə istirahət edib, formamı itirməmək üçün məşqlərə başladım.

 - Azərkeşlərimiz sənin yenidən komandaya qayıtmağına çox sevindilər. Burdan onlara nə deyərdin?

- Futbolçu həyatı elədir ki, bu gün burdasan, sabah başqa komandada. Əlbəttə, mövsümün sonunda bir çox futbolçunun klubla yollarını ayırması azərkeşlərimizi üzməyə bilməzdi. Ancaq bu “Simurq”un məşqçilərinin, prezidentinin, idarəçilərinin işidir. Onlar seçirlər kim qalacaq, kim gedəcək. Gedənlərə karyeralarında uğurlar arzulayıram. Lakin məşqçimizə inanıram. Bilirəm ki, o gedənlərin yerinə elələrin seçəcək ki, komandaya gələcəkdə xeyr verəcəklər, yenidən yaxşı nəticələr əldə edəcəyik. Azərkeşlərimizə onu deyə bilərəm ki, yeni mövsümdə məşqçimizin yeni quracağı komanda ilə onları sevindirməyə çalışacayıq.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail