"Simurq" Macarıstan klubuna qalib gəldi

27.07.2013 | 5202 dəfə oxunub

Yeni mövsümə Avstriyada hazırlaşan "Simurq" bu gün təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib. Stadium.az xəbər verir ki, Zaqatala təmsilçisi Macarıstanın "Zalaeqerseq" klubu ilə görüşüb. Qarşılaşma Bakı vaxtı ilə 20:00-da start götürüb. "Sarı-qaralar"ın təlim-məşq planına əsasən "Simurq"un bu günkü rəqibi Türkiyənin "Kayserispor" kollektivi olmalı idi. Ancaq Super Liqa təmsilçisi qarşılaşmanın bir gün tez keçirilməsini istədiyindən bu görüş baş tutmadı. Beləcə "Simurq" macarlarla üz-üzə gəldi. Oyun boyu üstün olan "Simurq" rəqibini 1:0 hesabı ilə məğlub edib. Matçdakı yeganə qolu qarşılaşmanın 54-cü dəqiqəsində Stepan Polyak vurub.

Bununla Georgi Çixradzenin yetirmələrin 2013/14-cü il mövsümünə hazırlıqların üçüncü mərhələsini tamamlayıb. Komanda Avstriyadakı təlim-məşq toplanışını başa vuraraq gecə saatlarında yola çıxacaq. İyulun 28-i axşam saatlarında ölkəyə çatacaq komanda üzvləri bir günlük istirahətdən sonra Bakı şəhərində yenidən bir araya gələcək və yeni mövsümün ilk turunda qarşılaşacağı "Rəvan"la oyunun hazırlıqlarına başlayacaq. Zaqatala şəhər stadionunda yenidənqurma işləri tamamlanmadığından "Simurq" ilk oyununu doğma arenada keçirdə bilməyəcək. 

Komanda transfer çalışmalarını da davam etdirməkdədir. Dünən daha iki futbolçu "sarı-qaralar"ın düşərgəsinə qoşulub. Bunlar serbiyalı hücumçu Dragan Ceran və hollandiyalı Gerard Aafjesdir. Hazırda komandada onlarla birlilkdə baxışda altı futbolçu var. Onlar haqqında son qərarı isə məşqçilər korpusu verəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail