"Simurq" "Rəvan"la oyununun hazırlıqlarını davam etdirir

01.08.2013 | 5081 dəfə oxunub

İyulun 28-də Avstriyadan təlim-məşq toplanışından qayıdan "Simurq", bir günlük istirahətdən sonra yenidən Bakı şəhərində bir araya gələrək məşqləri bərpa edib. Stadium.az xəbər verir ki, Premyer Liqanın 2013/14-cü il mövsümünün ilk turunda "Rəvan"ı qonaq edəcək Zaqatala təmsilçisi gündə bir dəfə olmaqla hazırlıqları davam etdirir. Georgi Çixradzenin yetirmələri dünən növbəti məşqinə çıxıb. İsinmə və fiziki çalışmalarla başlayan hazırlığın əsas hissəsində isə taktiki təmrinlər yerinə yetirilib. Sonda isə ikitərəfli oyunla məşq tamamlanıb.

Yeni mövsümün ilk oyununda "Simurq" doğma arenada yenidənqurma işlərinin bitmədiyindən "Rəvan"ı avqustun 3-də Qəbələ şəhər stadionunda qonaq edəcək. Matç 18:30-da start götürəcək. Komanda sabah Qəbələyə yola düşəcək və qarşılaşmanın oynanılacağı meydanda oyunöncəsi sonuncu məşqinə çıxacaq.   

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail