Vladislav Qədirovun köməkçiləri müəyyənləşdi

14.08.2013 | 4035 dəfə oxunub

Artıq "Rəvan”da rəsmən fəaliyyətə başlayan yeni baş məşqçi Vladislav Qədirovun köməkçiləri müəyyənləşib. Stadium.az xəbər verir ki, 42 yaşlı mütəxəssisə Azərbaycan futbolunun məşhur simaları - Fərrux İsmayılovla Xəqani Məmmədov yardım edəcək. Fərrux İsmayılov karyerası ərzində "Dinamo”, "Neftçi”, "Sanat Neft” (İran), "Volın” (Ukrayna), "Qarabağ”, "Karvan”, "MKT Araz”, "Olimpik” və "Qəbələ” klublarında oynayıb. O, futbolçu kimi son olaraq məhz Qədirovun rəhbərliyi altında "Muğan”da çıxış edib. Azərbaycan milli komandasında 34 oyuna 4 qol vuran futbolçu karyerasını bitirəndən sonra məşqçi kimi də fəaliyyət göstərib. O, "Bakı” klubunun aşağı yaş qruplarında işləyib.

Karyerası boyunca "Neftçi”, OİK, "ANS Pivani”, "Şəmkir”, "Maşınsazi” (İran), "Xəzər Lənkəran”, "Olimpik”, "İnter” kimi klublarda top qovan Xəqani Məmmədov da Azərbaycan milli komandasının formasını geyinib və 20 oyuna 1 qol vurub. O, məşqçilik karyerasına 2011-ci ildə Bakı "İnter”ində başlayıb və paytaxt təmsilçisinin 11 yaşa qədər futbolçulardan ibarət komandasına rəhbərlik edib. Daha sonra isə "Qəbələ" Futbol Akademiyasında çalışıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail