PFL hakimləri qonorardan məhrum edə bilər

20.08.2013 | 3898 dəfə oxunub

Azərbaycanın futbol üzrə Premyer Liqasını idarə edən hakimlərə qarşı yeni sanksiya tətbiq edilə bilər. Azərbaycan Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev çərşənbə axşamı Trend-ə bildirib ki, o, Premyer Liqanın oyunlarını idarə edən hakimlərin aşağı bal alacaqları təqdirdə qonorardan məhrum edilmələrini təklif edir: "Hər bir hakimə idarə etdiyi oyunun nəticəsinə görə qiymət verilir. Təklif irəli sürəcəyəm ki, 7-6 baldan aşağı qiymət alan hakimlər oyuna görə qonorar almamalıdırlar".

Musayev Premyer Liqanın 2013/2014 mövsümü üçün hakim səhvlərini də şərh edib: "Bizim xeyli gənc, perspektivli hakimlərimiz var. Ola bilər ki, onlar səhvə yol veriblər. Lakin əsas odur ki, qərəz olmasın. Qərəz yoxdursa, hakim səhvlərini bağışlamaq olar".

Qeyd edək ki, Premyer Liqanın oyununu idarə edən əsas hakim bir oyuna görə 700 manat, kənar hakimlər 400 manat qonorar alırlar. Hakimlərin oyunu idarə etməsi 10 ballıq şkala ilə qiymətləndirilir: 10 maksimum, 4 minimum bal hesab edilir.

Xatırladaq ki, Premyer Liqanın 3-cü turu çərçivəsində oynanılan "Qarabağ" - "Xəzər Lənkəran" oyununda baş hakim Rəhim Həsənovun, həmçinin "Sumqayıt" - "Qəbələ" oyununda isə hakim Orxan Məmmədovun yol verdikləri səhvlərlə bağlı "Xəzər Lənkəran" və "Qəbələ" klublarının rəhbərliyi PFL-ə etirazlarını ünvanlayıblar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail