BOYKOT: AFFA-nın Lənkəran səfərini boykot edək
SİFTƏ BİZDƏN, DƏSTƏK SİZDƏN
AFFA-nın rəsmi saytı xəbər yayıb: AFFA mayın 31-də, saat 18:00-da, Lənkəran şəhər Mərkəzi stadionunda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Moldova yığma komandaları arasında keçiriləcək yoldaşlıq oyununu işıqlandırmaq istəyən KİV nümayəndələrini Lənkərana aparır.
rnrnSizi (hörmətli (hörmətsiz yox a) həmkarları nəzərdə tuturam) bilmirəm, şəxsən bəndəniz bunu istəmir. Səbəb nədir? AFFA-nın iki və yaxud da çox üzlülüyü. Məsələ ondadır ki, milli komandaların yoldaşlıq və ya tsikil oyunlarında federasiyadan heç vaxt belə xəbər çıxmaz. Aylarca əvvəlcədən məlum olur ki, millinin səfər oyununa hansı qəzetdən və saytdan (TV-ləri bura qatmıram) kimlər seçmə komanda ilə səfərə aparılacaq. Düzdü, gedənlər arasında reytinqi olan KİV nümayəndələri də var, amma məsələnin məğzi tamamən başqadır. AFFA bir qayda olaraq, səfərə ya özlərinin «əl buyruğu» olan jurnalistləri, ya da maliyələşdirdikləri qəzet və saytın əməkdaşlarını aparırlar. O jurnalistlər də milli ilə səfərə getməkdə yığmanın oyununu işıqlandırmaq üçün yox, aylar əvvəlcə gedəcəkləri ölkədə tanış olduqları qızla bara getmək üçün alışıb yanırlar. Daimi olaraq mili məğlub olduğundan, onlara da işıqlandırmalı bir şey qalmır. Və vaxt gedir şəhəri gəzməyə, əylənməyə. Axı facebook-da yerləşdirməyə çoxlu şəkillər də lazımdı...
rnrnBəs Lənkəranda nə var? Buna söz yox, Lənkəran ölkəmizin dilbər guşələrindən biridir və hamımız da dəfələrlə Cənubun bu şəhərində olmuşuq. Amma indi qəliz məsələ yaranıb, mili ilə səfərə getməkdən ötrü «dəridən qabıqdan çıxanlar» yoxa çıxıb və AFFA Lənkərana U-21- in oyununu işıqlandırmağa jurnalist axtarır. Tapmadığından, hələ bir yekə (tərəkəməcə desəm, dızıx) elan da verib. Zəhmət çəkin, xaricə kimləri aparırdız, tutun qulağından, dartıb salın avtobusa, aparın Lənkərana.
rnrnGörüntü olsaydı, sizə bir barmaq göstrərdim. Amma sözlə yazmaq da olar. Ey, AFFA, 5 barmağının hər tərəfdən ikisini sal aşağı, ortada qalanını da verdim sənə!..
rnrnVüsal GÖZƏLOV (Stadium.Az saytının direktoru)
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |