"Qalatasaray" rəsmisindən "Beşiktaş"a sərt cavab gəldi

13.09.2013 | 5674 dəfə oxunub

"Beşiktaş"ın prezidenti Fikret Orman, klubun yaşadığı maliyə sıxıntılardan sonra vəziyyətlərini düzəltdiklərini, "Ən pis günümüzdə belə, bəziləri kimi yardım kompaniyası etmədik" söyləyərək, "Qalatasaray"a mesaj göndərmişdi. Stadium.az xəbər verir ki, maliyyə böhranı yaşayan "Qalatasaray" 2006-cı ildə  azarkeşlərindən yardım tələb edərək, klubun hesabına pul yatırılması üçün bank hesab nömrəsini vermişdi. Həmin olayı xatırladan Fikret Ormana qarşı tərəfdən cavab gəlib. "Qalatasaray"ın mətbuat katibi Şükrü Ergün "Beşiktaş" prezidentinə sərt cavab verib: "Beşiktaş" üçün bir kibrit də sən yandır" kompaniyasına baxsın. İstiklal küçəsində kompaniya üçün yerlər vardı, insanlar gedib para yatırırdılar. Fikret bəy ya klubunun tarixini bilmir, ya da həmin olayı unutmuş yəqin. "Beşiktaş" o mövsümdə az qala ikinci liqaya yuvarlanırdı. Mənim atam da "Beşiktaş"lı idi. Bu səbəbdən də həmin günləri çox gözəl xatırlayıram. Qoy, gedib keçmişlərinə baxsınlar".

Klub rəsmisi həmçinin "Beşiktaş"ın "Türk Telekom Arena"ya görə "Qalatasaray"dan qisas alır iddiasına" da cavab verib: "Biz də zamanında "İnönü Stadionu"nundan yararlanmaq istəmişdik. Lakin o da gerçəkləşməmişdi. Köhnə dəftərlərə girməmək lazımdı".

Xatırladaq ki, "Kibrit yandır" kompaniyası 1975-76 mövsümündə gerçəkləşmişdi. "Beşiktaş", mövsüm ərzində 5 qalibiyyət alaraq ikinci liqaya yuvarlanmaqdan son həftələrdə qurtulmuşdu. Klub tarxinin ən çətin dönəmlərindən biri hesab olunan həmin vaxtda - 1976-cı ilin iyun ayında "Beşiktaş" başqanı Mehmet Üstünkaya, İş Bankası Levent şöbə müdiri Kemal Onara müraciət etmişdi. O dövrün pulu ilə 3 milyon lirə (indiki pulla təxminən 1 milyon dollar) toplanmışdı. Bu pulla da 14 transfer reallaşdıran "Qara qartal" çökməkdən qurtarılmışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail