AZAL Vüsal Əliyevin idarəçiliyindən narazı qalıb VİDEO

23.09.2013 | 4987 dəfə oxunub

Premyer Liqanın 7-ci turunda baş tutan AZAL – “Xəzər Lənkəran” oyununun (1:3) idarəçiliyindən meydan sahibləri narazı qalıblar. Stadium.az xəbər verir ki, klub bununla bağlı aşağıda göstərilən epizodlarda hakimin səhvə yol verdiyini vurğulayıb. 

1-ci epizod – 26-cı dəqiqə. “Xəzər Lənkəran”ın futbolçusu Elnur Abdullayev kobud oynasa da, ona sarı vərəqə verilmir 

2-ci epizod – 44-cü dəqiqə. “Xəzər Lənkəran”ın futbolçusu Zohair Benouahi və Rahid Əmirquliyev AZAL-ın futbolçusu Vladimir Boqdanoviçə qarşı kobud oynayırlar. 

3-cü epizod – 45+1-ci dəqiqə. AZAL-ın futbolçusu Cavid Tağıyev “Xəzər Lənkəran”ın futbolçusu Tural Cəlilov tərəfindən əllə saxlanılır. Amma hakim buna reaksiya vermir. Hücumun davamında isə AZAL PFK-nın futbolçusu Oskars Klavaya sonuncu ümid foluna görə qırmızı vərəqə verilir. 

4-cü epizod. 68-ci dəqiqə. Oyundankənar vəziyyət olsa da, hakim AZAL PFK-nın qapısına vurulan qolu qeydə alır. 

5-ci epizod. 29 və 41-ci dəqiqələrdə “Xəzər-Lənkəran”ın oyunçusu Junior Franko Nildo qaydaları pozsa da, ona hər iki epizodda sarı vərəqə verilmir.
 
6-cı epizod. 89-cü dəqiqədı “Xəzər-Lənkəran”ın oyunçusu Elnur Abdullayevə sarı vərəqə verilir. Halbuki 26-cı dəqiqədə ona sarı verilməliydi və son epizoda görə o meydançadan qovula bilərdi. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail