“Millinizə Qurban Qurbanov və ya Böyükağa Hacıyev gətirilsə, daha yaxşı olardı” Müsahibə

07.10.2013 | 4775 dəfə oxunub

Həftənin əvvəlində vaxtilə “Turan”ın baş məşqçisi olmuş türkiyəli mətəxəssis Naci Şensoy Albaniyanın “Kukesi” klubu ilə 1 illik müqavilə bağladı. Bir neçə ay öncə qəzetimizə verdiyi açıqlamasında Naci bəy Azərbaycan klublarından birinə keçmə ehtimalının olduğunu demişdi. Digər yandan inandırıcı olmasa da, bəzi dairələrdə Berti Foqtsun boşalacaq kreslosuna onun da namizədliyinin göstərilirdi. ŞensoyunKukesi keçidi, Azərbaycan klublarından ehtimal olunan təkliflərin niyə baş tutmaması digər məsələlərə münasibət öyrənmək üçün onunla əlaqə saxladıq:

- Hələ “Bilis”də olarkən,  “Kukesi”ni 3:0 hesabı ilə məğlub etmişdik. Oyundan sonraKukesinin prezidentindən təklif gəlmişdi. Mövsüm başa çatdıqdan sonra müqavilə bağlamalı idik, bəzi səbəblərə görə gecikdi. Qismət bu günə imiş.

- Nəyə görə 1 illik müqavilə? Belə çıxmırmı ki, sizə o qədər etibar etmirlər?

- Doğru buyurursunuz. İlk baxışdan bu, belə görünə bilər. Düzü, mənə 3 illik müqavilə təklif olunmuşdu. Amma razı olmadım. Danışığımız belə oldu ki, əgər işimdən razı qalsalar, həmçinin mənə yaradılan şəraitdən qane olsam, müddət artırılacaq. Düşünürəm ki, mən tərəfdən heç bir problem olmayacaq. İndiyə kimi, başında durduğum komandalarla bir çox uğurlar qazana bilmişəm. Bura 3 dəfə Azərbaycanda olduğum vaxt da aiddir. Albaniyaya gəlincə, mənə yad ölkə deyil. Ötən mövsümBilisilə kuboku qazandım. Yəni, alban futboluna yaxından bələdəm. Məncə, “Kukesi hələ çox qalacam.

- Bəzi dairələrdə millimizin baş məşqçi postuna sizin adınız namizəd kimi göstərilirdi. “Kukesi getməklə demək olarmı ki, bu ehtimalı sıfıra endirdiniz?

- Gəlin reallıqla barışaq. Mənim Azərbaycan milli komandasına gətirilmə ehtimalım çox az idi. Buna o qədər ciddi önəm vermirdim. Amma məni namizəd kimi göstərənlərin hamısına minnətdaram. Əgər gələcəkdə belə bir hal baş verərsə, AFFA başbilənləri əvvəlcəKukesirəhbərliyi ilə danışıqlar aparmalıdılar. Düşünürəm ki, bir ölkənin yığmasını çalışdırmaq üçün onlar mənə mane olmazlar.

Digər tərəfdən, indiki vəziyyətdə Azərbaycan yığmasını yerli baş məşqçi çalışdırsa, daha yaxşı olar. Millinizə Qurban Qurbanov ya Böyükağa Hacıyev gətirilsə, daha yaxşı olardı. Yerli məşqçilər futbolçularla daha yaxşı ünsiyyət qura bilir, ölkənizin futbolunu daha yaxşı tanıyır. Berti Foqts neçə ildir ki, Azərbaycandadı. Gəldiyi gündən öz futbol fəlsəfəsini tətbiq etməli idi. Gördüyüm qədər, o, bunu bacarmadı. Bəlkə istəmədi. Yeni gətiriləcək əcnəbi məşqçidən bunu gözləmək olar. Ona görə yerili mütəxəssis daha yaxşıdı.

- Yığmadan söz düşmüşkən, Azərbaycan Türkiyə komandalarının qarşıdakı oyunlarından gözləyirsiniz? Türkiyə dünya çempionatına gedə biləcəkmi?

- Məncə, gedəcək. Fatih Terim əsl liderdir. Qarşısına qoyduğu məqsədə çatmaq gücündədi. Abdullah Avçıda isə bu keyfiyyətlər yox idi. Azərbaycan isə Şimali İrlandiyaya qalib gəlməlidi. Çünki, evdə oynayır. Həm komandanızda son vaxtlar az da olsa irəliləyişlər gözə çarpır. Rusiyailə oyuna gəlincə isə... Nəticəsi onların turnir cədvəlindəki vəziyyətlərindən çox asılı olacaq. Əgər ruslara 3 xal qazanmaq lazım olarsa, mütləq qalib gələcəklər.

- Sizcə bu mövsüm Premyer Liqa Superliqada hansı komanda çempion olacaq?

- Azərbaycan çempionatını yaxından izləyirəm. “Neftçi yaQarabağın çempion olacağına daha çox inanıram. Superliqada isə böyük ehtimalla yenə Qalatasaray”.

“Het-trik news” qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail