Sebahettin Tekin: "Hər zaman "Qarabağ"ın azarkeşi olaraq qalacam"

10.10.2013 | 5550 dəfə oxunub

"Qarabağ"ın aşağı yaş qruplarının idari sistemində dəyişiklik baş verib. Stadium.az xəbər verir ki, "Qarabağ" aşağı yaş qruplarının  texniki koordintoru Sebahettin Tekin işindən ayrılıb. Türkiyəli mütəxəssis 2 il aşağı yaş qruplarında futbolçu yetişdirilmə işinə nəzarət edirdi. Sebahettin hoca ailə zəminində yaranmış problemlərlə əlaqədar olaraq klub rəhbərliyinə ayrılmaq istədiyini bildirib. Klub rəhbərliyi durumu anlayışla qəbul edərək Tekinin ərizəsini qəbul edib. Sebahettin bəy gedişi ilə bağlı Ağdam klubunun rəsmi internet saytına danışıb: "2 ildir "Qarabağ"da çalışıram. Həqiqətən, burda unudulmayacaq vaxtlar keçirmişəm. 2 il boyunca "Qarabağ"a şərəf və sevgiylə xidmət etdik. "Qarabağ"ın özəl bir klub olduğunu anlamaq üçün burda 1 gün keçirmək belə  kifayətdir. İnanıram ki, "Qarabağ"ın uşaq futbolunun inkişafı üçün nələrsə etməyi bacarmışam. "Qarabağ"da rəhbərlikdən tutmuş ən sıravi işçiyə kimi hər kəs işinə sevgi və məsuliyyətlə yanaşır. Rəhbərlik uğur qazanmaq üçün lazım olan hər bir şeyi etməyə çalışır. Burda olduğum müddətdə ancaq xoş xatirələrim yadımda qalıb. Təəssüf ki, ailəvi səbəblərdən dolayı ayrılmaq məcburiyyətində qaldım. Sağ olsun, məni anlayışla qarşıladılar. Düzdü, artıq buranı tərk edirəm amma hər zaman "Qarabağ"ın azarkeşi olaraq qalacam. "Qarabağ"a hər zaman uğurlar arzulayıram".

Xatırladaq ki, Tekinin postundan ayrılacağı barədə xəbəri ilk dəfə məhz Stadium.az saytı yazmışdı. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail