"Hamı istəyər ki, onun ehtiyaclarına cavab verə biləcək komandada forma geysin" Müsahibə
Bu günlərdə "Simurq"un rəsmi saytı azərkeşlərlə yeni əməkdaşlığa başlayıq. Belə ki, mövsüm ərzində fanatların sualları əsasında klubun futbolçularından müsahibələr götürüləcək. İlk seçim isə komandanın kapitanı Ruslan Poladov olub. Təcrübəli futbolçu ona karyerası, Azərbaycan futbolu və “Simurq” haqqında ünvanlanmış suallara maraqlı cavablar verdi. Həmin müsahibəni təqdim edirik:
- Rüstəm Allahverdiyev: Mənim üçün həmişə futbolçuların ləqəbləri maraqlı olub. “Simurq”da kimlərin ləqəbləri var?
- Komandada eledə çox ləqəbi
olan futbolçu yoxdur (gülür). İlkin Qırtımov - “Kətə”, Məhərrəm Hüseynov -
“Qara”, Rəşad Eyyubov - “Zidan”, komandadakı Rüstəmlər - “Adaş”, Pavel Kapsa -
“Kekebeşnik”.
- Rəsul Tatarov: Milliyə çağırış olsa, nə qərar verərdin?
- Belə bir dəvət gəlsə, demək
məsləhət bilib çağırıblar. Əlbəttə, yığma komandanın formasın geyinmək hər bir
futbolçu üçün şərəfli bir vəzifədir. Mən də çalışaram ki, üzərimə düşən işin öhdəsindən
lazımı səviyyədə gəlim.
- Ceyhun Əfəndiyev: Ruslan qardaş, sənin “Simurq”da oynamağının səbəbi nədir?
- Bu suala belə cavab verərdim
ki, bu komandada oynamağımın səbəbi, “Simurq”la mənim maraqlarımın üst-üstə
düşməyidir. Komandamın bu günkü məqsədləri ilə mənim məqsədlərim eynidir.
- Yusif Abbaszadə: Ruslan komandada mənim fikrimcə ən intizamlı futbolçudur. İlk öncə buna görə ona azarkeş olaraq təşəkkür edirəm. Bundan sonra da belə davam eləməyini istədiyimi bildirirəm. Sualım isə belədir: Ruslan əgər bu gün seçim etməli olsa, köhnə komandalarından “Xəzər Lənkəran”ı,, yoxsa hazırda kapitanı olduğu “Simurq”u seçərdi? Hansı komandada futbol həyatını davam etdirmək istəyərdi?
- Hal-hazırda “Simurq” mənə o
şərəfi veribsə ki, mən burda forma geyinim, əlbəttə ki, Zaqatala təmsilçisin
seçərdim. Hansı komandada davam etdirməyim baxır gələcək təkliflərə. Onları
sonra dəyərləndirmək mümkün olar. Hamı istəyər ki, ən yaxşı, onun ehtiyaclarına
cavab verə biləcək komandalarda forma geyinsin.
- Ceyhun Deff : Ruslan, sən özünü 10 ildən sonra harda və necə görürsən və ya görmək istərdin?
- Yəqin ki, həmin vaxt artıq
futbolçu karyeramı başa vurmuş olacam. Bundan sonra isə məşqçi kimi yola
davam etmək arzusundayam. Hər şey insanın istəyi ilə deyil. Allah qismət eləsə
hansısa klubda məşqçi kimi yoluma davam eləmək arzusundayam.
- Rəşad Əliyev: Ən birinci hansı komandada debut edib?
- Yüksək liqada Sumqayıtın
“Xəzər” klubunda.
- Bəhruz Cəfərov: Karyeran ərzində ən çox xoşladığın oyun və qol hansı olub?
- Qol “Gənclərbirli”yində forma
geyinərkən İmişlinin “Lokomotiv”ın qapısından keçirdiyim. Oyun isə
təvəzzükarlıqdan uzaq olsa da, onu deyə bilmərəm ki, hansı oyun olub. Bir çox
görüşü qeyd edə bilərəm. Ancaq “Birlik Kuboku”nda “Xəzər Lənkəran”ın heyətində
olarkən “Paxtakor”la qarşılaşmanı xüsusi qeyd edərdim.
- Kənan Şəkərov: Ruslan özünü bu il “Simurq” forması ilə Avropada görürmü? Hə va ya yox?
- Hər bir futbolçunun
qarşısında məqsəd varsa, əlbəttə ki, görməlidir.
-Tərlan Zəlixov: Zaqatalada oynadığın üçün peşman deyilsən?
- Əlbəttə, yox.
- Qabil Xürşüdov: Bilmək istərdim ki, Ruslan Zaqatala üçün darıxırmı?
- Çox darıxıram. Orda daha
rahat oluruq və oyunlara daha yaxşı hazırlaşa bilirik.
- Ülvi Həsənov: Top neçə bucaqlıdır?
- Topun neçə bucaqlı olması
əsas deyil. Ən önməlisi odur ki, o topu rəqib qapısından keçirdəndən sonra,
onlara dünyanın neçə bucaqlı olmasını göstərəsən.
- Eldar Qardaşov: Təcrübəli futbolçu olaraq cavan futbolçulara, gələcək nəsillərə nə deyərdiniz?
- Heç bir çətinlikdən,
əziyyətdən qorxmamalıdırlar. Bütün diqqətlərini məşqlərə verib, yüksək
nəticələrə nail olmaq üçün çalışmalıdırlar. Əgər qarşılarına məqsəd qoyublarsa,
bunun üçün sona qədər mübarizə aparmalıdırlar. Heç bir idmanda pik nöqtə
yoxdur. Ən yüksək zirvənin belə üzərinə çıxmaq üçün çalışmaq lazımdır.
- Süleyman Qazıyev: Ruslan Poladova görə Zaqatala azərkeşinin özəlliyi nədir?
- Hesabın necə olmasından asılı
olmayaraq komandanı sona qədər dəstəkləmələri. Heç bir vaxt bizi tək
buraxmamaları.
- Rəşad Biləndərov: Keçən ilki komandayla, bu ilki heyəti müqayisə etsən hansı daha üstündür? Sizcə, “Simurq” bu il necənci pilləni tutacaq?
- Heç bir zaman müqayisəni
xoşlamamışam. Çünki kiminsə haqqını yemək, kimisə kimdənsə üstün tutmaq mənim
xasiyyətimə uyğun deyil. Ona görə də, deyərdim ki, mövsümün sonunda komandanın
göstərəcəyi nəticəyə uyğun olaraq, əldə edilmiş nəailliyətə görə hansı
komandanın güclü olduğu gözə çarpacaq. Ancaq bir şeydə var ki, ötən mövsüm
çempionat tam fərqli formatda idi, bu il isə başqa formadadır. Bu baxımdan ötən
ilki ilə, bu ilkini fərqləndirməkdə düzgün olmazdı. Əlbəttə ki, məqsədimiz hər
zaman çempion olmaq, ilk yerlərdən birini tutmaqdır. Biz maksimumu
fikirləşmələyik və bunun üçün mübarizə aparmalıyıq ki, ən azından Avroliqaya
vəsiqə qazanaq.
- Turik Əlizadə: Səncə komanda daxili əm paxıl oyuncu kimdir? Amma tək ad...
- Əgər futbol baxımından
nəzərdə tutulursa, hal-hazırda Rəşad Eyyubovla, Salif Ballo.
- Fərid Qarazadə: Ona görə Azərbaycanın ən böyük klubu hansıdır? Tam cavab və tək ad...
- Əlbəttə ki, tarixə baxsaq
“Neftçi”. Bunu hazırkı çempionata və neçə dəfə çempion olmasına görə demirəm.
“Neftçi” ənənələri olan və Azərbaycan futboluna böyük uğurlar qazandırmış
klubdur.
- Maki S-off: Komandada ən yaxşı oyuncu kimdir?
- Yenə qeyd etmək istəyirəm ki,
nəyisə və kimisə müqayisə etməzdim. Futbol kollektiv oyundur. Belə deyim də,
bizdə hər bir futbolçunun öz payı var. Bu səbəbdən də, kimisə fərqləndirməzdim.
“Simurq”un oyun tərzidə elədir ki, komandada seçilmiş, konkret lider yoxdur.
Hər kəs nəticə qazanmaq üçün öz məqsədini qoyub ortaya. Buradada kiminsə güclü,
kiminsə zəif olduğunu demək olmaz. Ancaq belə heyətə baxanda səviyyəli
futbolçularımız var və yetəri qədərdir. Misal üçün qapıçımız Pavel Kapsanı
göstərərdim ki, öz mövqeyində Azərbaycanda hazırda ən yaxşılardan
biridir.
- Rüfət Hüsynli: Azərbaycanda oynamaq rahatdır, yoxsa hər hansı xarici ölkədə və niyə?
- Çepionatların səviyyəsi
baxımından baxsaq, xarici ölkələrin bir çoxu bizdən üstündür. Ancaq
Azərbaycanda oynamaq ona görə rahatdır ki, ölkənin mentalitetin,
adət-ənənələrin, futbol üslübun bilirsən. Xaricdə oynamaq isə nə qədər çətin
olsada, bir futbolçu üçün şərəfdir. Çünki Azərbaycanı, öz xalqını təmsil
edirsən. Azərbaycan futbolunu hansısa bir ölkədə təmsil etmək və geri döndükdə
gördüklərivi, öyrəndiklərivi, yaşadığın hissləri paylaşmaq, burada tətbiq
etmək, onları gələcək nəsillərə öyrətmək, milli komandada onu daha yüksək
səviyyədə göstərmək əlbəttə ki, lazım olan bir işdir. Bizim futbolun buna
ehtiyyacı var.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |