"Simurq" "Sumqayıt"ı yoldaşlıq görüşündə məğlub etdi
Azərbaycan
Premyer Liqasında yaranmış fasilə ilə əlaqədar "Simurq" Mehdi
Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ərazisində yeni tikilmiş meydançada
"Sumqayıt"la yoldaşlıq görüşü keçirib. Stadium.az xəbər verir ki, ilk
hissəsi qolsuz heç-heçə ilə bitən görüşün sonunda sevinən tərəf Zaqatala təmsilçisi
olub. "Sarı-qaralar"ın qollarını Nicat Qurbanov və İdan Vaitzman
vurub.
Növbəti
turda "Xəzər Lənkəran"la qarşılaşacaq "Simurq" üçün bu
görüşdə start heyəti müəyyənləşdirmək məşqçilər korpusunun başlıca məqsədlərindən
biri idi. Çünki cəzalı və zədəli futbolçuların çoxluğu baş məşqçi Georgi
Çixradzeni düşündürən məsələlərdən biri idi. Gürcü mütəxəssis bu görüşdə əvəzedici
heyətdən də bir neçə futbolçuya şans tanımışdı.
İlk hissədə
ev sahibi "Simurq"un qapısı ağzında daha çox təhlükəli qol vəziyyətləri
yaratsa da, təcrübəli qapıçı Pavel Kapsanın ustalığına söz ola bilməzdi. Dəqiqələr
ötdükcə isə artıq "Simurq" oyunda üstünlüyü ələ alır və xüsusən
cinahlardan Orxan Səfiyaroğlunun, Nicat Qurbanovun keçidləri rəqib müdafiəsinə
çətin anlar yaşadırdı. Ancaq buna baxmayaraq komandalardan heç biri fasiləyə qədər
hesabı açmağın yolunu tapa bilmədilər.
İkinci
hissədə isə azərkeşlər üç qolun şahidi oldu. Hissə başlayar-başlamaz Nicat
Qurbanov tək başına rəqibin müdafiə xəttini yararaq qapıya endirdiyi zərbə ilə
hesabı açdı. Gənc futbolçu bundan sonrada bir neçə dəfə hesabı artırmaq üçün
şansları olsa da, bu imkanlardan yararlana bilmədi. Onun əvəzində isə israilli
müdafiəçi İdan Vaitzman komandasının ikinci qolunu vurdu. Daha sonra Georgi
Çixradze gənclərə üstünlük verdi. Əvəzedici heyətdə forma geyinən qapıçı Rəşad
Əzizli, yarimmüdafiəçilər Ruslan Getman, Cavad Kazımov, Sahib Abbasov və
hücumçu Ziyabil Məmmədov özlərin göstərmək üçün şans əldə etdilər. Hətta bir
neçə vəziyyətdə hesabı artırmaq üşün gözəl imkan yaratsalar da, bunlardan
yararlana bilmədilər. Əvəzində isə oyunun son dəqiqələrində ev sahibi fərqi
minimuma endirərərək, görüşün nəticəsini müəyyənləşdirdi. Qarşılaşma "Simurq"un
2:1 hesablı qələbəsi ilə başa çatdı.
Bu
oyundan sonra məşqçilər korpusu gərgin məşqlərə ara verərək yetirmələrinə bir
günlük istirahət verib. Yeni həftənin ilk günündən isə "Xəzər Lənkəran"la
görüşün hazırlıqlarına qalan yerdən davam ediləcək.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |