"İstəmədim, Tərlana da belə münasibət göstərim"

26.10.2013 | 7103 dəfə oxunub

“Neftçi”nin yeni baş məşqçisi Nazim Süleymanov nu gün jurnalistlər qarşısıma çıxaraq KİV nümayəndələrinin suallarını cavablandırıb. Stadium.az xəbər verir ki, Süleymanov yeni işi barədə bunları söyləyib: “Dünən “Neftçi” ilə müqavilə bağladım. Klubun prezidenti Sadıq Sadıqova dərin təşəkkürümü bildirirəm ki, seçimi mənim üzərimdə etdi. 3 il ardıcıl çempion olmuş və Avroliqada oynamış bir klubda işləmək böyük məsuliyyət tələb edir. Mən də çalışacam ki, məqsədlərimizə çatmaq üçün əlimizdən gələni edək.
Hər bir məşqçinin qarşısına müəyyən məqsəd qoyulur. Bu yolun biz davamçılarıyıq. Bu tək məndən yox, bütün kollektivdən asılıdır. Hədəfimiz “Neftçi”nin çempionluğunu təkrarlamaq və yenidən minimum Avroliqanın qrupuna düşməkdir.
3 məşqçi istefa verib. Onlara uğurlar arzulayıram. Qapıçı və fiziki məşqçinin kimliyi hələ açıq qalır. Fasilə zamanı bu məsələyə aydınlıq gətirəcəyik.
Futbolçuların hamısına dedmişəm ki, biz nəyəsə nail olmaq istəyəriksə, özümüzdən başlamalıyıq. Bəli, baş məşqçidən çox şey asılıdır.

Mən elə insan deyiləm ki, hər hansı bir məşqçinin dalınca danışım. Tək “Neftçi”dən yox, başqa klublardan da təklif almışdım. Ancaq Tərlan Əhmədov orda olduğu müddətdə bunu deməyim düz çıxmazdı. Məni “Xəzər Lənkəran”da da işləməyə qoymamışdılar. Ona görə də istəmədim, Tərlana da belə münasibət göstərim.
AFFA-da mənə burada işləmək üçün problem yaratmadılar. Dedilər, yolun açıq olsun. Beləcə milli ilə yollarımızı ayırdıq.
Mənim “Neftçi”dən çıxarılan vaxt incikliyim olmayıb. Onda sadəcə istəyirdim ki, futbolu orda oynayım. Ola bilərdi ki, “Alaniya”ya getməyim yaxşı oldu. Ancaq məni istəməyənlərə dərin təşəkkürümü bildirdim. Şimali Osetiyada çempion olduq. 30 yaşında bu respublikanın “Şöhrət” ordeni ilə təltif olundum.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail