“Rəvan” “İnter”lə oyuna hazırlığı başa vurdu

02.11.2013 | 4461 dəfə oxunub

"Rəvan" Premyer Liqanın 12-ci turu çərçivəsində "İnter” komandasının qonağı olacaq. Stadium.az xəbər verir ki, "Rəvan" dünən axşam saatlarında "Şəfa” stadionunda keçirilən məşqlə artıq bu oyuna hazırlığı başa vurub.Baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında keçirilən oyunqabağı son hazırlıq yüngül xarakterli olub. İsinmə hərəkətlərindən sonra futbolçular toplu çalışmalara yer ayırıb. "Kvadratlar”ın ardından isə komanda üzvləri qapıya zərbələr, cinah asmalarının qapanması, standart vəziyyətlərdən istifadə və s. detallar üzərində çalışıb. Məşqdə əvəzedicilərə göndərilmiş futbolçulardan savayı, 3 zədəli oyunçu da yer almayıb. Daha doğrusu, ağır zədəli Tofiq Mikayılovla yanaşı, hələ optimal formalarını bərpa etməyən Elvin Həsənəliyev və Sohib Savankulov da məşqə qatılmayıb. Bu futbolçular "İnter"lə görüşdə də meydanda olmayacaq.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail