İskəndər Cavadov: "Məgər Valeri Qazzayev kimi mən də baş məşqçi ola bilməzdim?"

04.11.2013 | 6242 dəfə oxunub

Azərbaycanın veteran futbolçusu və AFFA İcraiyyə Komitəsinin üzvü İskəndər Cavadov son zamanlar səssiz qalmasının səbəbini açıqlayıb. “Şöhrət” ordenli sabiq hücumçu Lent.az-a açıqlamasında futbolumuzun durumu ilə bağlı danışmağın əhəmiyyətsiz olduğunu bildirib. Vaxtilə bu barədə çox danışdığını və kəskin fikirlərlə yadda qaldığını xatırladan Cavadov ona heç bir dəstək verilməməsindən şikayətlənib: “Ramiz Mirzəyev AFFA prezidenti olduğu vaxt çox danışırdım, “Belə olmaz” deyirdim. Axırı nə oldu? Özümü İcraiyyə Komitəsinin iclaslarından kənarlaşdırdılar. Həmin vaxt kim mənə dəstək oldu? İndi də hamı susub, heç kim mənə dəstək vermir. Bu halda mən danışmağın mənasızlığını düşünürəm”.

Veteran futbolçu bildirib ki, səssiz qalması hər şeylə təmin olunduğu üçün deyil: “Mən bu həyatda nə qazanmışamsa, hamısını zəhmətimlə əldə etmişəm. Bütün mükafatlar, fəxri adlar haqqımdır”. 

Cavadov uzun illər çıxış etdiyi “Neftçi”nin yox, “Bakı”nın İdarə Heyətində yer almasının da səbəbini açıqlayıb. Onun sözlərinə görə, bu, 76 illik tarixə malik klubun ona heç bir dəvət göndərməməsi ilə bağlıdır: “İndiyədək “Neftçi”dən heç kim mənim xidmətimə ehtiyac duymayıb. Halbuki bu komandaya illərimi vermişəm. Məgər Valeri Qazzayev kimi mən də baş məşqçi ola bilməzdim? Bir dəfə də deyən olmadı ki, gəl, şans verək, sən də baş məşqçi işlə”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail