"Neftçi" və "Qarabağ"ın bəyənmədiyi futbolçunu "Atletiko" alır ÖZƏL

06.11.2013 | 6449 dəfə oxunub

"Atletiko" klubunun yeni transfer hədəfi məlum olub. Stadium.az xəbər verir ki,  "Land of fire Azerbaijan"lı Madrid klubu 25 yaşlı taylandlı forvard Terasil Danqdanı transfer etmək niyyətindədir. Yayda “Atletiko”nun düşərgəsində baxışda olan, türkiyə futbolçu Arda Turanında yüksək qiymət verdiyi futbolçu hazırda ölkəsinin "Muanqtonq Yunayted" komandasında çıxış edir. Hazırda bu komandada onun aktivində 137 oyuna 66 qol var. Tailand millisində isə 58 oyunda 29 dəfə fərqlənmək imkanı qazanıb ki, bud a çox yüksək göstəricidir.

Terasil Danqda haqda əlimizdə maraqlı fakt da var. Belə ki, iki il əvvəl bu oyunçu Ağdamın “Qarabağ” və paytaxtın “Neftçi” klublarına təklif olunub. O zaman 23 yaşlı Terasil üçün klubu  "Muanqtonq Yunayted"ə 300 min, futbolçunun özünə isə 250 min dollar pul ödəmək lazım imiş. Ancaq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov və “Neftçi”nin seleksiyaçı məşqçisi ilə vitse-prezidenti Tahir Süleymanov futbolçu üçün fikirləri eyni olub: “Tailanddan başqa şeylər çıxar, amma futbolçu yox”. Gördüyünüz kimi, indi Terasil dünyanın ən güclü komandalarından olan Madrid "Atletiko"sunun hədəfindədir. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail