"Bakı-2015" Avropa Oyunlarının rəsmi loqosu təqdim olundu

24.11.2013 | 4664 dəfə oxunub

Noyabrın 23-də Romada keçirilən Avropa Olimpiya Komitəsinin 42-ci Baş Assambleyası işini başa çatdırıb. Stadium.az xəbər verir ki, tədbirin son günü “Bakı–2015” Avropa Oyunlarının təqdimatı olub. Təqdimat çərçivəsində Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov 2015-ci ilin iyununda Bakıda keçiriləcək birinci Avropa Oyunlarının rəsmi loqosunu təqdim edib.

Azad Rəhimov çıxışında bildirib ki, xalqımız ilk dəfə keçiriləcək Avropa Oyunlarına ev sahibliyi etməkdən böyük fərəh hissi duyur. O deyib: “Bizim loqomuz xalqımızın idman irsindən qürur duymasını, qonaqpərvərliyə sədaqətimizi, ölkəmizin idman, biznes və turizm mərkəzi kimi mövqeyini əks etdirir”.

Nazir deyib ki, Avropada idmanın gələcəyini formalaşdırmağa töhfə verəcək “Bakı–2015” Oyunları Azərbaycan ictimaiyyəti üçün yeni şəhər, nəqliyyat, iqtisadi mənfəətlər və infrastruktur deməkdir.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki “Bakı–2015” Avropa Oyunlarının rəsmi loqosunun təqdim edilməsinin tədbirə hazırlıq istiqamətində vacib bir mərhələ olduğunu diqqətə çatdırıb. O deyib: “Avropa tarixində ilk dəfə qitə üzrə multi idman tədbiri keçiriləcək. Əksər avropalı atletlər üçün bu tədbir böyük əhəmiyyət daşıyacaq”. Avropa Oyunlarında 49 ölkədən 5400-dən çox atlet 18 idman növü üzrə yarışacaq.
“Bakı–2015” Avropa Oyunlarının Əməliyyat Şirkətinin icraçı direktorunun müavini Cim Şerr bildirib ki, Bakıda sürətlə həyata keçirilən quruculuq işləri, yeni infrastrukturun yaradılması bir daha paytaxtımızın 2015-ci ildə avropalı atletləri qəbul etməyə tam hazır olacağının göstəricisidir.
Sonra Cim Şerr və Milli Olimpiya Komitəsinin beynəlxalq münasibətlər departamentinin direktoru Könül Nurullayeva birgə təqdimatla tədbir iştirakçılarına “Bakı–2015” Avropa Oyunlarına hazırlıq işlərinin aparılması barədə ətraflı məlumat veriblər. Vurğulayıblar ki, Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunması üçün Bakıda bütün zəruri tədbirlər həyata keçiriləcək.

Loqo təqdimatı Roma ilə yanaşı, eyni vaxtda Bakıda və Madriddə də nümayiş olunub.

Bakıda keçirilmiş təqdimat mərasimində Azərbaycan atletləri yeni loqonu dərhal qəbul ediblər.

35 yaşlı azərbaycanlı dizayner Adəm Yunisov tərəfindən tərtib edilmiş bu yeni loqo alov, su, əfsanəvi simurq quşu, xalı və nar da daxil olmaqla, ev sahibi ölkənin qədim və müasir mədəniyyətini əks etdirən beş başlıca elementi bir araya gətirib. A.Yunisovun açıq ictimai müsabiqə nəticəsində seçilmiş loqo tərtibatı ölkənin təbii gözəlliklərini, mədəniyyət və irsini, o cümlədən Avropanın ən sürətlə inkişaf edən şəhərlərindən biri kimi Bakının assosiasiyasını təsvir edir. Bu loqo, həmçinin İspaniyanın Atletiko Madrid futbol klubunun oyunçularının idman köynəklərini də bəzəyəcək.
Sonda Azad Rəhimov iclas iştirakçılarını maraqlandıran sualları ətraflı cavablandırıb.

Tədbirdə, həmçinin “Bakı–2015” Avropa Oyunları ilə bağlı stend də qurulub. Milli geyimli gənclər assambleya iştirakçılarına paytaxtımızın görməli yerlərini əks etdirən şəkillərdən ibarət albom, üzərində “Bakı–2015” Avropa Oyunlarının loqosu həkk olunmuş döş nişanı və digər hədiyyələr paylayıblar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail