"Bakı"nın futbolçuları "Lans"a getdi

08.01.2014 | 5686 dəfə oxunub

“Bakı” Futbol Akademiyasının yetirmələri Fransanın “Lans” klubuna transfer olunub. Stadium.az xəbə verir ki, bunlar Valeh Seyidov, Elvin Süleymanov, Mahir Mədətov və Nicat Əsgərovdur.

Seyidov və Süleymanov səfərə bu gecə çıxacaqlar. Mədətov hazırda 1996-97-ci il təvəllüdü futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində Rusiyanın Sankt-Peterburq şəhərində FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVI ənənəvi beynəlxalq turnirdə iştirak edir. O, turnirin ardından birbaşa Lansa uçacaq. Əsgərovu isə əvvəlcə “Bakı”nın əsas komandasının baş məşqçisi Milinko Pantiç İspaniyanın Marbelya şəhərində keçirəcəkləri təlim-məşq toplantısında sınamaq niyyətindədir. Sınaqdan uğurla çıxacağı halda, o, klubda saxlanılacaq, əks halda, “Lans”ın düşərgəsinə göndəriləcək.

Daha öncə “Bakı” rəhbərliyi əsas komandasının üzvlərindən Kamran Ağayev, Rauf Əliyev, Əfran İsmayılov və Cavid Hüseynovu Fransa klubuna göndərmək istəyib. Lakin sonradan paytaxt klubu akademiyasının yetirmələrinin “Lans”da oynamaları daha münasib sayılıb. Bu da səbəbsiz deyil. FİFA-nın müəyyənləşdirdiyi qaydalara əsasən, hər hansı futbolçu 23 yaşınadək başqa komandaya keçərsə, transfer haqqından onu yetişdirən kluba da müəyyən vəsait ödənilməlidir. “Bakı” rəhbərliyi öz akademiyasından yetişən 4 futbolçunun “Lans”a keçidinə şərait yaratmaqla, onların gələcəkdə daha iddialı komandalara transfer olunacaqlarına ümid edir. “Bakı” Futbol Akademiyasının yetirmələri Fransa klubu ilə müqavilə bağladıqdan sonra mövsümün ikinci yarısında “Lans”ın heyətində meydana çıxa biləcəklər.

Digər tərəfdən, yanvarın 10-da “Bakı”nın 19 yaşadək futbolçulardan ibarət komandası da Fransaya yola düşəcək. Bu komanda yerli “Lans” və PSJ, eləcə də İspaniyanın “Valensiya” klubundakı həmyaşıdları ilə birgə beynəlxalq turnirdə iştirak edəcək.

“Lans”ın sahibi “Bakı” klubunun prezidenti Hafiz Məmmədovdur.

Fransa klubuna yollanacaq futbolçuların hamısı “Bakı”nın əvəzedici heyətində çıxış edir. 19 yaşlı Nicat Əsgərov müdafiəçi, 17 yaşlı Mahir Mədətov və 18 yaşlı Ülvi Süleymanov yarımmüdafiəçidir. Hücumçu mövqeyində çıxış edən Valeh Seyidovun da 18 yaşı var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail