ŞOK İDDİA: "Xəzər Lənkəran" həvəskar və futbolçularını aldadan klubdur"

03.03.2014 | 7468 dəfə oxunub

Türkiyə mətbuatında "Xəzər Lənkəran" klubunun rəhbərliyi haqda sensasiyalı, daha doğrusu klubun imicinə zərbə vuracaq iddia ortaya çıxıb. Stadium.az xəbər verir ki, Türkiyənin ünlü "Milliyət" qəzeti “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirovu saxtakarlıqda, peşəkar olmamaqda günahlandırıb. Məsələ ondadır ki, ispaniyalı menecer Toni Kruea “Radyospor”a müsahibəsində Tuyqun Nadirovla iki futbolçunun transferi üçün razılığa gəldiklərini, ancaq  klub rəsmisinin onları aldatmasını iddia edib: “Xəzər Lənkəran”a bir çox ispan futbolçu aparmışam. Amma onlar oyunçularla bağlı problem yaratdılar. Peşəkar deyil, həvəskar klub kimi hərəkət etdilər. Bizi aldadaraq verdikləri sözə sadiq qalmadılar. İki il yarım əvvəl "Barselona"nın aşağı yaş qrupunda çıxış etmiş Mario Rosası (o, Puyol, Valdes, Xabi ilə bir vaxtlar “Barselona”da oynayıb) və Daniel Martini ( “Betis”in hücumçusu olub) üç min kilometr məsafə qət edib Lənkərana apardım. Biz verdiyimiz sözə əməl etsək də, Nadirov öz öhdəliklərini yerinə yetirmədi. Oyunçularımın və mənim pulumu vermədi. Klubun fəxri prezidenti Mübariz Mənsimov nüfuzlu və hörmətli adamdır, bunu biilirəm. Amma bu cür hərəkətlərə necə icazə verir, anlamıram".

FİFA meneceri olan Kruea bildirib ki, Nadirov Mario Rosası alacaqlarını bildirsə də, sonradan bundan imtina edib: "Onu tibbi müayinədən keçirdik. Ancaq Nadirov Marionun sağlam olmadığını dedi. Gözümüzün içinə baxa-baxa bizə yalan söylədi. Həm Mario, həm də Martin üçün telefon danışıqlarımız və e-maillə yazışmalarımızda onlarla razılığa gəlmişdik. Bundan sonra mən hər iki futbolçunu Bakıya apardım. Beş gün sonra Martin İspaniyaya qayıtmaq məcburiyyəində qaldı. Çünki Nadirov razılığa gəldiyimiz məbləğin ancaq yarısını verəcəyini söylədi. Mən Çempionlar Liqası, La Liqa kimi yarışlarda oynamış futbolçulardan danışıram. Mario ilə 30 gün Azərbaycanda qaldıq. Tuyqun Nadirov saxtakarlıq etdi. Heç bir sözünü yerinə yetirmədi. Bundan başqa Azərbaycana gəlməyimiz üçün ödədiyimiz xərcləri də bizə vermədilər".

Kruea bu cür hərəkətlərə görə "Xəzər Lənkəran" klubu haqda artıq həm İspaniyada, həm də bütün Avropada çox mənfi imic formalaşdığını vurğulayıb. Onun fikrincə, artıq heç kəs bu kluba güvənmir: "Bu səbəbdən onlar komandaya səviyyəli futbolçular transfer edə bilməyəcəklər". 

O, futbolçularını aldatdığı üçün "Xəzər Lənkəran"dan FİFA-ya şikayət etdiyini bildirib: "Onları FİFA-ya şikayət etmişik. Bütün İspaniya bu klubun yalançı olduğunu bilir. "Xəzər Lənkəran" həvəskar və futbolçularını aldadan klubdur".

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail