Böyükağa Hacıyev: "Bəzi futbolçuların yerinə olsam, gecə intihar edərdim"

20.04.2014 | 3590 dəfə oxunub

“Futbolçularıma mənə etdikləri “böyük hədiyyə”yə görə “minnətdaram”. Bu gün mənim 56 yaşım tamam olur. Bunu yadımda saxlayacam. “Sumqayıt” daha yaxşı oynadı. Layiqli qələbə qazandı. Rəqib komandanın gənc futbolçuları bizdən daha istəkli oynadılar". Stadium.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Azərbaycan Premyer Liqasının 31-ci turunda "Sumqayıt"a məğlub olduqları oyundan (1:3) sonra deyib.

Mövsümü titulsuz başa vurmaq istəməyən təcrübəli mütəxəssis bildirib ki, əgər “Neftçi”də qalası olsa, kubokun cavab oyunundan sonra yeni komanda yığacaq: "Köhnələrlə vidalaşmağa çalışacağam. Su bir yerdə çox qalanda iylənər. Heyətə “yeni qan” lazımdır. Kubokda inamlı oynayıb, kuboku qələbə qazanmaq lazımdır. Çempionatda “İnter” də bizdən 3 xal irəlidədir. Mövsümü titulsuz başa vurmaq istəmirəm. Sabahdan “Rəvan”la oyunun hazırlıqlarına başlayacağıq. Bu gün futbolçularımın rəqib qarşısında acizliyini gördüm. Heç kimi qınamıram, günah özümüzdədir. Artıq bu futbolçular “doyub”. Komandamı meydanda tanımadım, oynamaq istəmədilər. Bu gün autsayderə qarşı oynayırıq, sabah isə avrokuboklarda oynayacağıq. Bu komanda ilə çox uzağa getmək olmaz. Bu oyunu yüksək səviyyədə oynamaq lazım idi. “İnter” hal-hazırda yüksəlişdədir, səfərdə “Bakı”nı 4:0 hesabı ilə məğlub etdi".

Hacıyev autsayderə 1:3 hesabı ilə uduzmağı özləri üçün biabırçılıq hesab edib:

"Bəzi futbolçuların yerinə olsam, gecə intihar edərdim. Bugünkü nəticə “Neftçi”nin tarixi üçün qara ləkədir".

Bu gün 56 yaşını qeyd edən çalışdırıcı qırmızı vərəqə ilə cəzalandırılan futbolçusu Araz Abdullayevin azarkeşi təhqir etməsinin düzgün olmadığını da bildirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ